• Albalılı tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 271

Tarix : 20-07-2016, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
200 qr. Kərə yağı
3/4 su stəkanı şəkər
1 yumurta
1 paket vanel
1 paket qabartma tozu
340 qram un
4 xörək qaşığı qarğıdalı nişastası

Vişnəli içlik:
2 banka tumsuz öz şirəsində albalı

Hazırlanması:
Qeyd olunmuş ərzaqları qarışdırın.
Hazır xəmirin 3/4 hissəsini soyuducuya, 1/4 hissəsini buz dolabına qoyun.
Vişnəni şirədən ayırın.
1/2 stəkan şirəni 4 xörək qaşığı qarğıdalı nişastası ilə qarışdırın.
Qalan şirəni hər hansı bir qabda odun üstündə qaynayana qədər qarışdırın, qaynayanda nişasta ilə qarışdırılmış şirəni əlavə edib bərk halını alana qədər qarışdırın.
Sonra oddan götürüb bir az soyuduqdan sonra albalıları əlavə edin.
Ölçüsü 26 sm olan qab götürün.
Soyuducuda olan xəmiri qaba yerləşdirin hazırladığınız albalılı içliyi üzərinə əlavə edin.
Sonra buz dolabında olan xəmiri sürtgəcdən keçirib üzərinə əlavə edin.
Sobanı 180C-dək qızdırın. 40-50 dəqiqə bişirin.
Sobadan çıxartdıqdan sonra bir qədər soyumasını gözləyin və üzərinə şəkər kirşanı əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, qədər, üzərinə, şirəni, paket, xörək, qarğıdalı, qaşığı, nişastası, Sonra, xəmiri, şəkər, hissəsini, sonra, götürün, Ölçüsü, albalıları, götürüb, nişasta
BİZİ İZLƏYİN