• Ananaslı panço tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 482

Tarix : 20-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1,5 su stəkanı şəkər
6 yumurta
1,5 su stəkanı un
1,5 çay q. qabartma tozu
4 xörək q. kakao

Krem üçün:
800 qram 35%-li xama
1 banka konservləşdirilmiş ananas
1,5 su stəkanı şəkər tozu
1 stəkan qoz

Üzərinə:
100 qram şokolad

Hazırlanması:
Biskviti hazırlamaq üçün əvvəlcə yumurtanı və şəkəri mikserlə çalın.
Qabartma tozunu una qatıb üzərinə əlavə edin.
Xəmiri iki hissəyə bölün.
Bir hissəsinə kakao qatın.
Soba qabına yağlı kağız qoyun.
Keks xəmirini əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30- 35 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün xamanı şəkər tozu ilə çalın və 1/4 hissəsini kənara qoyun.
Ayırdığınız kremin çox hissəsinə ananas dilimlərini qatın.
Qozu orta ölçüdə doğrayın və ananasli kremin üzərinə əlavə edin.
Ağ biskviti bir qaba qoyub üzərinə ananas şirəsini hopdurun.
Kakolu biskviti balaca kvadrat formasında kəsin.
Üzərinə ananas şirəsi əlavə edin və ananasli xamalı kremlə yaxşı qarışdırın.
Alınmış bu kütləni dağ formasında ağ biskvitin üstünə qoyun.
Tortun üstünə ayırdığınız xamalı kremi əlavə edin.

Ərinmiş şokoladı tortun üzərinə elə tökün ki, hər tərəfinə yayılsın və sonra soyuducuda 6 saat saxlayın.

Soyuduqdan sonra ananaslı panço tortu servisə hazırdır.

Nuş olsun!
Etiketlər: ananas, üzərinə, əlavə, stəkanı, şəkər, qoyun, kremin, Üzərinə, hazırlamaq, çalın, xamalı, ananasli, biskviti, formasında, qatın, hissəsinə, üstünə, kakao, sonra, kvadrat
BİZİ İZLƏYİN