Tərkibi:10 dilim qədər bayat keks
2 yemək qaşığı kakao
3 yemək qaşığı şəkər
1 çay qaşığı darçın
1 rəndələnmiş portağal qabığı
1 su stəkanına yaxın süd
Arası üçün:1 qutu sadə krem şanti
1.5 çay stəkanı süd
Üzəri üçün:əridilmiş tünd şokolad
Hazırlanması:Keksləri bir qabın içində xırdalayın.
Kakao, portağal qabığı, şəkər və darçını əlavə edib qarışdırın.
Südü az az əlavə edərək qarışıma forma verə bilərsiniz.
Qarışımdan bir hissə götürüb əlinizdə yumrulayın.
Keks xəmirini iki sıra streç sərilmiş stolun üzərinə töküb əlinizlə düzədin və oxlovla 4 bucaq şəklində açın.
Krem şantini südlə qarışdırın və arasına çəkin.
Streçin köməyi ilə rulon edin.
Streçi üzərinə örtüb soyuducuya qoyun.
Servis edən zaman dilimləyib şokolada batırıb servis edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: qaşığı, yemək, şəkər, portağal, qabığı, əlavə, üzərinə, bilərsiniz, qarışdırın, düzədin, götürüb, oxlovla, şəklində, bucaq, əlinizlə, töküb, sərilmiş, streç, stolun, şantini