• Qaragilə mussu ilə şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 592

Tarix : 25-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
biskvit:
13 q un
160 q şəkər tozu
55 q kakao
1 ç.q. soda
0,5 ç.q. qabartma tozu
1 çimdik duz
120 ml qatıq
60 ml bitki yağı
1 iri yumurta
120 ml təzə bişirilmiş qaynar qəhvə
(qəhvədən başqa bütün ərzaq otaq temperaturunda olmalıdır )

muss:
450 ml 33-35% çalınmış qaymaq
750 q qaragilə (dondurulmuşdursa, donunu açıb şirəsini süzün)
0,5 limonun şirəsi
150 q şəkər tozu
20 q toz jelatin (5 ç.q.) yaxud 5 yarpaq jelatin

Hazırlanması:
Biskvit:
Qatıq, yağ və yumurtanı qarışdırın. Quru ərzağı qarışdırıb qatıqlı kutləyə əlavə ədin. Əlüstü qarışdırıb qaynar qəhvəni əlavə edin və eynicinsli kütlə alınanadək çalın.
Xəmiri 20 sm diametrli formaya töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin (diş çöpü ilə yoxlayın).
Soyudun. Üzərində qabarma varsa, kəsib hamarlayın. Biskviti iki bərabər yerə bölün.

Muss:
Jelatini qablaşdırmasında göstərilən qaydada isladın.
Giləmeyvəni püre halına salın. Qazana qoyub şəkər tozu və limon şirəsi əlavə edin, şəkər tozu əriyənədək qızdırın (qaynatmayın). Şişmiş jelatini qaynar qaragilə qarışığına əlavə edib yaxşıca qarışdırın. Otaq temperaturunadək soyudun, çalınmış qaymaqla qarışdırın.
Kənarı açılan 23 sm diametrli formanın içinə perqament döşəyin. Biskvitin bir layını qoyun. Mussun yarısını əlavə edin. Soyuducuda, yaxud dondurucuda bərkiyənədək saxlayın. Sonra ikinci biskvit layını qoyub mussun qalanını üzərinə tökün. Bir neçə saat (bərkiyənədək) soyuducuda saxlayın.
Hazır tortun üzərini zövqə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qaynar, qarışdırın, diametrli, yaxud, saxlayın, qoyub, çalınmış, qaragilə, şirəsi, layını, qarışdırıb, jelatin, bərkiyənədək, biskvit, jelatini, soyudun, qaymaqla, temperaturunadək
BİZİ İZLƏYİN