• Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 72215

Tarix : 26.05.2014, 11:37

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir üçün:

1 st. su
2 st. un
150 q kərə yağı
6 yumurta
0,5 ç.q duz

(bu ərzaqlardan 35x25 sm ölçülü 4 korj alınır)

Krem üçün:
2 yumurta
150 q şəkər tozu
5 x.q. nişasta
350 ml süd
300 q kərə yağı (otaq temperaturunda)
1 paket vanilli şəkər

Arası üçün:
Meyvə, giləmeyvə (zövqə görə)

Hazırlanması:
Xəmir ekler xəmirini xatırladır: 1 stəkan suyu 150 q yağ və 0,5 ç.q. duzla qaynadın, qarışdıraraq 2 st. un əlavə edin. Ocaqdan götürüb azca soyudun, bir-bir yumurtaları əlavə edərək qarışdırın.

Perqamentin üzərində gələcək tortun konturlarını karandaşla çəkin.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Sonra xəmiri konditer torbasına doldurub konturları təkrarlayın.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Konturdakı xəmir 3 mm qalınlıqda olmalıdır. Sonra bu dördbucaqlının içində xəmirlə 3x3 sm tərəfli kvadratlar çəkin.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Bu müddətdə buna oxşayan digər xəmir "karkas"ı hazırlayın, amma bu dəfə içində kvadrat deyil, romb çəkin.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Cəmi 4 korj lazımdır - ikisi kvadratlı, ikisi romblu.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Krem: südü qazanda qaynadın. Yumurtaları şəkər tozuyla çalın, nişasta və vanil əlavə edin, yaxşıca qarışdırın, azca isti süd əlavə edib yenə qarışdırın. Çalışın, içində lopalar qalmasın. Alınan qarışığı qaynayan südə əlavə edin. Bu zaman südü durmadan qarışdırın. Qatılaşanda ocaqdan götürün, bir qədər soyuyandan sonra kərə yağı əlavə edib çalın. Vanil əlavə edin.

Tortu iki qaydada yığa bilərsiniz: korjların arasındakı deşiklərə meyvə dilimləri və giləmeyvələri düzüb üzərinə krem çəkə, yaxud da əvvəlcə krem çəkib, sonra içini meyvə dilimləri ilə doldura bilərsiniz.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Korjları bu qayda ilə üst-üstə yığın. Bir gecə soyuducuda saxlayın.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT

Tortun üzərini ağ şanti kremi və meyvə ilə, yaxud da jele və meyvələrlə bəzəyə bilərsiniz.
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT
Yay tortu - Tropikanka resepti - FOTO RESEPT


Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!

Etiketlər: əlavə, qarışdırın, şəkər, içində, çəkin, meyvə, bilərsiniz, ikisi, yumurta, Sonra, xəmir, sonra, çalın, yaxud, Xəmir, dilimləri, qaynadın, nişasta, zaman, durmadan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Nilufer
Çox gözel ve dadlı görünür 01
12 dekabr 2015 15:26
7
Offline
SEVGI DENIZIM
cox super beyendim
18 may 2015 18:14
6
Offline
leyla1995
superdiiii
22 aprel 2015 15:41
5
Offline
Svetoklana
Çooooooooooooooxxxxxxxxxxxxxxxxxxxxx beyendim
29 noyabr 2014 02:38
4
Offline
(AYTAC)
Superdiki ;)valla imkan olsa adam bişirəre qaldı ər evinə
5 noyabr 2014 07:08
3
Offline
Guler
cox gozeldi tsk 07
13 avqust 2014 21:12
2
Offline
deniz_666
1.1 st. su
2 st. un
150 q kərə yağı
6 yumurta
0,5 ç.q duz

(bu ərzaqlardan 35x25 sm ölçülü 4 korj alınır)

1 st. su
2 st. un
150 q kərə yağı
6 yumurta
0,5 ç.q duz

(bu ərzaqlardan 35x25 sm ölçülü 4 korj alınır)


2. 127

1.mende bu tortdan pisirmisdim


2. 127 canim............................
21 iyun 2014 19:23
1
BİZİ İZLƏYİN