• Bişirilməyən şokoladlı tort-sufle resepti

Reseptin məlumatları Baxış sayı: 8141

Tarix : 26.07.2016, 21:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
əsas:
200 q peçenye
1 x.q. kakao
50 q yumşaldılmış kərə yağı
3-4 x.q. süd

şokoladlı sufle:
100 q şokolad
300 q pasta kimi kəsmik
1 st. şəkər pudrası
1 paket (10 q) vanilli şəkər tozu
1 x.q. tezəriyən jelatin
200 ml 33%-li qaymaq
50 ml şokoladlı, yaxud digər likör (zövqə görə)

Hazırlanması:
Kənarı açılan 19 sm diametrli formanın içinə perqament döşəyin. Kənarlarına kərə yağı çəkin. Peçenyeni xırdalayın, yumşaq yağ və kakao əlavə edib qarışdırın, lazım gələrsə, süd əlavə edin. Dağılmayan kütlə alınanda onu formanın içinə döşəyin. Əlinizlə basıb bərkidin. Soyuducuya qoyun.
Şokoladı su hamamında əridin. Şəkər pudrası, vanilli şəkər tozu və kəsmik əlavə edin, mikserlə yaxşıca çalın. Qaymağı ayrıca çalın.
Jelatini 3-4 x.q. qaynar suda əridin. Nazik axınla kəsmikli qarışığa əlavə edin, mikserlə çalın. Qaymağı və likörü əlavə edib bir daha çalın. Formanı soyuducudan çıxarıb sufleni korjun üzərinə bərabər qaydada yayın. Bir gecə soyuducuda saxlayın.
Sabahı gün iti bıçaqla tortun kənarını formadan ayırın, formanın kənarını açın. Tortun üzərinə kakao səpə, sürtgəcdən keçirilmiş şokolad və yaxud təzə giləmeyvə ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, çalın, kakao, formanın, şəkər, döşəyin, kənarını, Qaymağı, mikserlə, əridin, yaxud, üzərinə, içinə, kəsmik, pudrası, vanilli, şokolad, şokoladlı, qarışığa, çıxarıb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica