• Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 822

Tarix : 2-08-2016, 21:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
şərbət:
100 ml təzə dəmlənmiş qəhvə
20-50 q şəkər tozu (qəhvəyi də olar)
20-40 q amaretto (zövqə görə)

qəhvəli biskvit:
92 q yumurta sarısı
115 q un
138 q yumurta ağı
115 q şəkər tozu
9 q qəhvə (tezəriyən) + 30 ml təzə dəmlənmiş qəhvə

maskarpone mussu:
185 q qaymaq
45 ml tünd qəhvə
92 q şəkər tozu
3 yumurtanın sarısı
375 q maskarpone
40 q tünd şokolad

bəzək:
30 q şirin olmayan kakao tozu
20x20 sm-lik formalar üçün

Hazırlanması:
Şərbət:
Qəhvə bişirib şəkər tozu və amaretto əlavə edin.

Qəhvəli biskvit:
Sobanı 180 dərəcə qızdırın. Qəhvə bişirib 30 ml-ni ayırın, buraya 9 q tezəriyən qəhvə əlavə edin. Yaxşıca qarışdırıb soyudun. Yumurta sarılarını çəngəllə yüngülcə çalın.
Unu ələyin.
Yumurta ağlarını köpüklənincə çalın, az-az şəkər tozu əlavə edib qatılaşanadək çalın. Yumurta sarılarını səliqəylə əlavə edib rəngi ağarıb həcmi artıb qatılaşanadək çalın.
İçinə tezəriyən qəhvə qatdığınız dəmləməni əlavə edib qaşıqla səliqəylə qarışdırın, ələnmiş unu qatın, yenə qaşıqla qarışdırın.
Xəmiri iki yerə bölüb formalara tökün, 10-15 dəqiqə bişirin.
Biskviti tam soyudun. Sonra formaların içiylə bir kəsin (20x20 sm).

Maskarpone mussu:
Yumurta sarılarını şəkər tozu ilə yüngülcə çalın. 45 ml qaynar qəhvəni nazik axında əlavə edin, qarışdırıb su hamamına qoyun, qatılaşınca bişirin. Qaynatmaq olmaz!
Soyudun.
Maskarponeni çalıb bişirdiyiniz kremi 2-3 dəfəyə əlavə edib, qatılaşanadək mikserin orta sürətində çalın (çox çalmaq olmaz).
Qaymağı ayrı qabda möhkəm çalın. 2 dəfəyə maskarponeli kremə əlavə edib qaşıqla qarışdırın.

Tortun yığımı:
Formanın içinə plyonka döşəyin. Birinci biskviti qoyun. Qəhvəli şərbət hopdurun.
Maskarponeli mussun yarısını üzərinə çəkin. Hamarlayıb xırdalanmış tünd şokolad səpin.
İkinci biskvitə də şərbət hopdurub bunun üzərinə yerləşdirin. Maskarpone mussunun qalanını çəkib hamarlayın, yaxud da konditer şprisi ilə bəzəyin.
Bir gecə soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl üzərinə xırda gözlü ələkdən kakao tozu səpin.

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT

Ən dadlı tiramisu tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, çalın, qəhvə, şəkər, Yumurta, qatılaşanadək, sarılarını, tezəriyən, şərbət, üzərinə, qaşıqla, qarışdırın, səpin, dəmlənmiş, bişirib, Qəhvəli, soyudun, yüngülcə, bişirin, Qəhvə
BİZİ İZLƏYİN