• Damla şokoladlı ərikli tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 627

Tarix : 20-09-2017, 18:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 ml süd
70 gr pudra şəkəri
1 ədəd çubuq vanil
60 gr quru ərik
80 gr qarğıdalı unu
3 yumurta
60 gr damla şokolad

Hazırlanması:
Qabı biraz kərəyağ ilə yağlayın.
qaba kəsdiyiniz yağlı kağızı yapışdırın.
Ərikləri kvadrat formada doğrayın.
Vanil çubuğunu ortadan uzunlamasına kəsin və içindəki vanil toxumlarını bıçağınızla sıyırın.
Sobanızı 160 dərəcədə isidin.
Orta boy bir qazana süd, vanil çubuğu (həm çubuğu həm toxumları ilə birliktə), şəkərin yarısını tökün.
Ərikləri də əlavə edin.
Qaynamağa başlayanda yavaş yavaş qarğıdalı ununu əlavə edin.
5 dəqiqə qazda südün yarısını çəkənəcən qarışdıraraq bişirin.
Altını söndürüb soyumağa qoyun.
Bir qabda yumurtaları pudra şəkərinin digər yarısı ilə qarışdırın.
Qarğıdalı unu qarışımı əlavə edin və qarışana qədər 1-2 dəqiqə qarışdırın.
Qabınıza tökün.
Üzərinə damla şokoladlarını səpin və sobaya qoyun.
30 dəqiqə bişirdikdən sonra sobadan çıxarın.
Soyuduqdan sonra təzə meyvələr və sous ilə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yağıayın, dəqiqə, vanil, damla, əlavə, qarğıdalı, Ərikləri, qoyun, çubuğu, tökün, yarısını, yavaş, qarışdırın, sonra, pudra, çəkənəcən, südün, qarışdıraraq, bişirin, söndürüb, Altını
BİZİ İZLƏYİN