• Darçınlı şaftalılı tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 204

Tarix : 9-08-2016, 14:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 qram şaftalı və ya ərik
220 qram un
150 qram şəkərsiz yoqurt
2 yumurta
160 qram kərə yağı
1 çay q. qabartma ozu
1 çimdik duz
1 çay q. üyüdülmüş darçın

Üzərinə:
Şəkər tozu

Hazırlanması:
Yumşaldılmış kərə yağını, şəkər, darçın və yumurtanı bir massa alınana qədər çalın.
Sonra duz, unla qarışdırılmış qabartma tozunu və yoqurtu əlavə edib yaxşı qarışdırın.
Soba qabını yağlayın və un səpin.
Xəmirin yarısını qaba tökün.
Şaftalıları yuyun, tumlarını təmizləyin və dilim formasında doğrayın.
Şaftalıları xəmirin üstünə düzün və qalan xəmiri əlavə edin.
Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 50 dəqiqə bişirin.
Hazır olduqda soyuduqdan sonra üzərinə darçınla qarışdırılmış şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: şəkər, darçın, qarışdırılmış, səpin, Şaftalıları, qabartma, əlavə, formasında, dilim, doğrayın, xəmirin, düzün, üstünə, təmizləyin, tumlarını, yarısını, Xəmirin, tökün, content, yuyun
BİZİ İZLƏYİN