• Esmira Avilovadan Anjelika tortu resepti

Reseptin məlumatları Baxış sayı: 39 133

Tarix : 4-07-2014, 02:17

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Esmira Avilova


Tərkibi:
1 st mürəbbə şirəsi
1 st şəkər tozu
1 st qatıq
2 yumurta
2 st yarım un
Vanil
Soda

Krem üçün:
200 qr qatılaşdırılmış süd
200 qr kərə yağı
Vanil

Sirop üçün:
1 st su
Yarım st şəkər tozu

Hazırlanması:
1 st mürəbbə şirəsinə yarım ç.q soda əlavə edib qarışdırın və 1 saat soyuducuda saxlayın (bir az dərin qabda olsun ki, daşa bilər). Yumurta və şəkər tozunu yaxşı çalın. Soyuducudan çıxardığımız şirəni, otaq temperaturundakı qatiğı əlavə edin və yenə mikserlə çalın. Un və vanil də əlavə edib 200 dərəcədə bişirin. Bir qədər bərk biskvit olacaq. Kremi və siropu hazırlayın. Biskviti nazik 3 hissəyə bölun. Hər qata sirop çəkin və kremləyin. Mən bir qata qoz, bir qata şokolad qırıntıları səpirəm. Zövqə görə bəzəyin.

Nuş olsun!
Esmira Avilovadan Anjelika tortu resepti


Dəyərli xanımlar! Artıq sizlər də xüsusi günlərinizi (toy, nişan, körpənizin ad günü və s.) rahatlıqla qeyri-adi etmək və digərlərindən fərqləndirə bilərsiniz. Bunun üçün sadəcə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlayıb, sifarişinizi etmək bəs edəcəkdir...

"Balli Bisi" özəl günlərinizdə sizlərin yanında!

Əlaqə:
Şirniyyatları hazırlayan:
Esmira xanım Avilova
Telefon: (055) 217 15 19
(070) 217 01 71

Facebook səhifəmiz: https://www.facebook.com/pages/Balli-Bisi/706358902728793
Etiketlər: əlavə, şəkər, etmək, olsun, Balli, Vanil, əlaqə, çalın, mürəbbə, yarım, aşağıdakı, qeyri, rahatlıqla, digərlərindən, fərqləndirə, Bunun, bilərsiniz, körpənizin, sadəcə, nişan
BİZİ İZLƏYİN