• Şokoladlı asan desert tortu resepti

Reseptin məlumatları Baxış sayı: 33 059

Tarix : 13-07-2014, 17:29

Bölmə : Tort reseptləri / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi:
200 q peçenye
100 q qoz-fındıq (yaxud keşyu)
50 q ağ şokolad
250 ml 30-35%-li qaymaq
2 x.q. bal
400 q tünd şokolad
100 q kərə yağı
Kakao tozu (üstünə səpmək üçün)

Hazırlanması
Peçenye, qoz və ağ şokoladı əlinizlə xırdalayın.
Tünd şokoladı xırda doğrayın, ya da əlinizlə bir qədər iri tikələrə bölüb qaba yığın.
Tavaya qaymaq, kərə yağı və bal qoyun.
Ocağın üstünə qoyub, qarışdıra-qarışdıra qaynara düşənəcən gözləyin (bu müddətdə kərə yağı əriməlidir).
Bunu tünd şokoladın üstünə tökün, şokolad əriyənədək qarışdırın.
Peçenye, qoz və ağ şokoladı əlavə edib qarışdırın.
Bu qarışığı içinə qida plyonkası çəkilmiş kənarları açılan formaya (20 sm diametrli) tökün.
Soyuducuda 3 saat saxlayın. Süfrəyə verəndə soyuducudan çıxarın, formanın kənarlarını açın, tortu doğrayıb boşqablara düzün, üstünə kakao tozu səpin.

Nuş olsun!
Etiketlər: üstünə, şokolad, şokoladı, əlinizlə, qarışdıra, Peçenye, qaymaq, qarışdırın, tökün, Soyuducuda, kənarları, diametrli, formaya, plyonkası, əlavə, qarışığı, içinə, saxlayın, çəkilmiş
BİZİ İZLƏYİN