Tərkibi:0,5 kq kəsmik
1 yumurta
2 st. şəkər tozu
2 ç.q. soda
3 st. un
bişmiş krem:4 yumurtanın sarısı
1 st. şəkər tozu
2 x.q. un
3 st. süd
Hazırlanması:Kəsmiyi şəkər tozu və yumurta ilə çalın. Bir qədər saxlayın (suyu çıxacaq). Sonra soda və unu əlavə edib qarışdırın. 6 yerə bölün. Sinini yağlayın, xəmiri içinə qoyub əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə (qızaranadək) bişirin (ayrılıqda 6 korj bişirəcəksiniz).
Krem üçün yumurta sarılarını şəkər tozu ilə çalıb soyuq süd və unu əlavə edin, yaxşıca qarışdırın, vam odda qatılaşanadək qarışdıraraq bişirin. Soyudun.
Korjların arasına krem çəkərək üst-üstə yığın.
Üzərini zövqə görə bəzəyin. Şokolad yonqarı da səpə bilərsiniz.
Nuş olsun!
Etiketlər: şəkər, yumurta, bişirin, qarışdırın, əlavə, soyuq, yaxşıca, qatılaşanadək, qarışdıraraq, çalıb, sarılarını, bilərsiniz, ayrılıqda, bişirəcəksiniz, Soyudun, Korjların, Üzərini, zövqə, bəzəyin, yığın