• Misir tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 032

Tarix : 19-08-2016, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir (1 korj üçün, cəmi 3 korj):
3 yumurtanın ağı
2,5 x.q. şəkər tozu
0,5 x.q. un
50 q xırdalanmış qoz (yaxud fındıq)
(3 korj üçün göstərilən ərzağı 3-ə vurun)

Hazırlanması:
krem:
10 yumurtanın sarısı
10 x.q. şəkər tozu
5 x.q. un
2 paket vanilli şəkər tozu
350 ml süd
170 q kərə yağı

xırt-xırt içlik:
350 ml qaymaq
200 q şəkər tozu
120 q doğranmış qoz, yaxud fındıq


Krem: Yumurta sarıları, şəkər tozu, un, vanilli şəkər tozu və südü qarışdırın. Ocağın üstünə qoyub sürətlə və dayanmadan qarışdıraraq qaynara düşən anda ocaqdan götürün, kənarda daha 2 dəqiqə qarışdırın. Yağı xırda doğrayıb əlavə edin, mikserlə eynicinsli kütlə alınanadək çalın.

Krem soyuyan müddətdə korjları bişirin: Yumurta ağlarını möhkəm çalın, şəkər tozu əlavə edib yenə çalın, kütlə parıldamalıdır. Unu və qozu (fındığı) əlavə edin, səliqəylə qarışdırın. Perqament döşənmiş, yaxud yağlanmış formaya tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Soyudun. (Eyni qaydada üç korj hazırlayın).

Xırt-xırt içlik: Şəkər tozunu qazançada əridin, karamel halına gələndə dərhal perqamentin üzərinə tökün. Karamel tez soyuyur. İkinci perqament kağızını üzərinə örtüb qalın oxlovla xırdalayın (amma toz halında olmasın, o iri olmalıdır ki, xırtıldasın). Qaymağı möhkəm çalın. Karamel parçaları və doğranmış qozu (fındığı) əlavə edin.

Hər korjun üzərinə bişmiş kremin 1/3-ni çəkin.

Xırt-xırtlı içliyi çəkin.

Proseduru daha iki dəfə təkrarlayın (korj+krem+xırt-xırtlı içlik).

Sonda tortun üstünə və kənarlarına xırt-xırtlı içlikdən çəkin, üzərini qozla bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, əlavə, üzərinə, çəkin, içlik, xırtlı, qarışdırın, yaxud, fındıq, üstünə, bişirin, dəqiqə, fındığı, Karamel, möhkəm, yumurtanın, vanilli, kütlə, doğranmış
BİZİ İZLƏYİN