• Narlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 285

Tarix : 21-08-2016, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. + 2 qəhvə fincanı nar şirəsi
1 st. nar dənəsi
4 yarpaq jelatin

krem:
1 st. nar dənəsi
1 st. süd
1 x.q. un
1 yumurta
1 x.q. şəkər tozu
2 x.q. "Labne" pendiri
0,5 ç.q. kərə yağı

korj:
3 yumurta
55 q kərə yağı
125 q tünd şokolad (bitter)
4 x.q. şəkər tozu
2 x.q. un
1 paket qabartma tozu
1 çimdik duz

kənarına:
100 q tünd şokolad (bitter)
20 q kərə yağı

üzərinə:
1 st. nar dənəsi

Hazırlanması:
Krem: süd, un, yumurta və şəkər tozunu qarışdııb ocağın üzərinə qoyun, qarışdıra-qarışdıra qatılaşanadək bişirin. Ocaqdan götürüb "Labne" pendiri ilə kərə yağı əlavə edin. Mikserlə 10 dəqiqə çalın. Nar dənələrini əlavə edib qarışdırın.

Nar şirəsini bir qabda isidib jelatini içində əridin. Nar dənələri əlavə edib qarışdırın. Yuvarlaq dərin bir qabın içinə qida plyonkası çəkin. Jelatinli qarışığı içinə tökün. Buz dolabında 2-3 saat saxlayın.

Korj: yumurtaların ağı ilə sarılarını ayırın. Ağlarını şəkər tozu ilə çalın, kərə yağı əlavə edin. Sarılarını ayrıca çalıb ağlara qatın. Şokoladı su hamamında əridib əlavə edin. Un, qabartma tozu və duz qatıb qarışdırın.

Balaca formaya töküb 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Korjun üzərinə ilıq kremi çəkin. Narlı jeleni üzərinə qoyun.

Tortun çevrəsi uzunluqda perqamentdən şərid kəsin, üzərinə kərə yağı çəkin. Şokoladı su hamamında əridin, perqamentin üzərinə yayın. İlıq olana qədər saxlayın. Kağızdan qopara biləcəyiniz hala gələndə səliqə ilə kağızdan ayırıb tortun ətrafına çəkin, kənarlarına nar dənələri səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, şəkər, çəkin, yumurta, dənəsi, qarışdırın, çalın, bişirin, qarışdıra, içinə, hamamında, Şokoladı, saxlayın, qoyun, dənələri, əridin, dəqiqə, bitter, pendiri
BİZİ İZLƏYİN