• Küknar qozası tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 675

Tarix : 21-08-2016, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
4 yumurta
120 q şəkər tozu
20 q kakao tozu
110 q un
1 ç.q. qabartma tozu
mixək, darçın, zəncəfil, muskat cevizi - hamısı bıçağın ucunda və zövqə görə

krem:
250 q şokoladlı maskarpone
100 q şokolad
2 x.q. konyak
bəzək üçün iri şokoladlı drajelər

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Formanın içinə perqament döşəyib yağlayın.

Un, kakao, qabartma tozu və ədviyyatı bir qabda qarışdırın.
Yumurtaları şəkər tozu ilə həcmi artanadək çalın. Quru qarışığı əlavə edib qaşıqla qarışdırın. Xəmiri formaya tökün. Hamarlayın. Xəmirin rahat yayılması üçün formanı astaca masaya vura bilərsiniz.

12 dəqiqə, hazır olunca bişirin. Şəbəkənin üzərinə qoyun, perqamenti çıxarın, korju soyudun.

Krem: şokoladı əridin. Otaq temperaturunda olan maskarponeni qızdırılmış konyakla birlikdə mikserlə çalın. Şokoladı əlavə edib mikserin asta sürətində çalın.

Kartondan küknar qozası formasında trafaret kəsin.
Soyumuş biskviti 3-4 bərabər düzbucaqlıya bölün. Üst-üstə trafaretin üstünə qoyun. Bıçaqla əvvəl qozanın konturunu kəsin, sonra isə bıçağı yanakı tutaraq üst korjları elə kəsin ki, yuvarlaq hala gəlsin.

Korjların arasına və tortun üstünə krem çəkin. Şokolad drajelərini səliqəylə üstünə düzün. Bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: kəsin, üstünə, çalın, kakao, əlavə, şokoladlı, şəkər, qoyun, qarışdırın, qabartma, qozası, küknar, Kartondan, trafaret, Soyumuş, biskviti, sürətində, formasında, mikserlə, əridin
BİZİ İZLƏYİN