• Kokoslu həzz tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 617

Tarix : 22-08-2016, 16:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
1 banka qatılaşdırılmış süd
2 yumurta
160 q un
10-12 q qabartma tozu
500 q qaymaqlı pendir
350 ml qaymaq
150-160 q şəkər pudrası
4-5 x.q. kokos yonqarı

Hazırlanması:
Yumurtaları çalıb qatılaşdırılmış südü əlavə edib qarışdırın. Ələnmiş unu qabartma tozu ilə qarışdırıb əlavə edin, çalın. Oladi xəmiri kimi duru kütlə alınacaq.

Perqamentin üzərində dairə çəkin, ortasına 2-3 qaşıq xəmir tökün. Dairə boyunca yayın.

Korjları bu qayda ilə 180 dərəcə qızdırılmış sobada hər birini 5 dəqiqə olmaqla bişirin.

Hazır korju perqamentdən dərhal ayırın. Şəbəkənin üstündə soyudun.

Krem üçün qaymaqlı pendiri şəkər pudrası ilə çalın. Soyudulmuş qaymağı ayrıca çalın (yaxşı çalınsın deyə onu çalacağınız qabı da bir neçə dəqiqə soyuducuda saxlayın). Çaldığınız pendirə əlavə edib qaşıqla qarışdırın. Kokos yonqarını əlavə edib qarışdırın.

Korjların arasına krem çəkib üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin, kokos yonqarı səpin.

Üzərini rozmarin, şəkər pudrası və giləmeyvə ilə bəzəyin.

Tortu süfrəyə verməmişdən əvvəl ən azı bir saat soyuducuda saxlayın.

Kokoslu həzz tortu resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, pudrası, qarışdırın, çalın, saxlayın, soyuducuda, çəkin, yonqarı, dəqiqə, qaymaqlı, qabartma, qatılaşdırılmış, kokos, yumurta, Çaldığınız, pendirə, Kokos, qaşıqla, çalacağınız
BİZİ İZLƏYİN