• Balıqqulağı qəlyanaltısı resepti

Reseptin məlumatları Baxış sayı: 13 975

Tarix : 23-01-2017, 20:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumru bulka
2 yumurta
100 q bişmiş krevetka (bişmiş toyuq ətilə əvəz etmək olar)
50 q qırmızı kürü
mayonez
duz
bitki yağı

bəzək üçün:
5 bildirçin yumurtası

Hazırlanması:
Bulkaların içinə doldurmaq üçün başqa salatdan da istifadə edə bilərsiniz.

Bulkaların üst hissəsini kəsin, amma ayırmayın, bitişik qalsın.

Aşağı hissəsinin içini çıxarın.

Bulkanın içini bitki yağında qızılı rəng alıncayadək qovurun.

Yumurtaları sürtgəcin xırda gözündən keçirin.

Krevetkaları xırda doğrayın.

Suxarıları, krevetkanı, yumurta və kürünü qarışdırın.

Mayonez əlavə edin. Dadına baxın, lazım gələrsə, duz vurun.

Bulkaların içinə salatı yığın. Ağzı bağlanmasın deyə diş çöpü ilə bərkidin.

Salatın üstündən, ortadan bişmiş bildirçin yumurtası qoyun, bu, "mirvari" olacaq. Əgər bildirçin yumurtası yoxdursa, toyuq yumurtasını bişirib, ağından oval kəsib qoyun.

Nuş olsun!
Etiketlər: yumurtası, bildirçin, Bulkaların, bişmiş, qoyun, içinə, bitki, içini, yumurta, toyuq, xırda, gələrsə, lazım, Dadına, baxın, əlavə, Mayonez, qarışdırın, doğrayın, Krevetkaları
BİZİ İZLƏYİN