• Vafli ilə sosiska kotletləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 519

Tarix : 19-01-2017, 22:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
1 bağlama tort üçün vafli
0,5 kq sosiska
1 yumurta
5 kartof
duz
bitki yağı

Hazırlanması:
Kartofu təmizləyib suda bişirin, duz qatıb püre halına salın. Kərə yağı da qata bilərsiniz. Püre quru olmamalıdır, əks halda vafli layı qırıla bilər.

Vafli layının üzərinə qaynar kartof püresini çəkin. İki dəqiqə saxlayın, vafli layı yumşalsın (amma diqqət edin, lap yumşalıb əzilib-tökülməsin).

Sosiskaları enli tərəfdən kartofun üzərinə düzün, rulet kimi bükün.

Ruleti 3 sm enində doğrayın.

Yumurtanı çalın, azca duz vurun.

Rulet dilimlərini yumurtaya batırıb bitki yağında hərtərəfli qızardın.

Süfrəyə isti-isti verin. Üzərinə sürtgəcdən keçirilmiş pendir və doğranmış göyərti səpə bilərsiniz.

Vafli ilə sosiska kotletləri resepti - FOTO RESEPT

Nuş olsun!
BİZİ İZLƏYİN