• Şəkərsiz şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 12882

Tarix : 18.01.2017, 20:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 ədəd banan
1/2 stəkan alma püresi
1/4 stəkan kokos yağı
2 yemək qaşığı kərə yağı
2/3 stəkan kakao tozu
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı soda
1/2 çay qaşığı dəniz duzu və ya normal duz

vanilli keks:
198 qram banan
3 yumurta
2 yemək qaşığı hindqozu südü və adi süd
1/2 stəkan badam yağı və ya kərə yağı
1 çay qaşığı vanil

çiyələk sousu üçün:
1 yarım stəkan qoz
1 stəkan ikiyə bölünmüş çiyələk
1 stəkan kərə yağı və ya kokos yağı
1 çay qaşığı vanil
1/2 çay qaşığı ağcaqayın siropu

Hazırlanması:
Şokoladlı keksi hazırlamazdan əvvəl sobanı 350 dərəcə qızdırın. Bananları, alma püresi, kokos yağı ilə kərə yağını mikserdə yaxşıca qarışdırın. Kakao tozu, qabartma tozu, soda və duzu əlavə edin. Qabarana qədər qarışdırın. Soba tavasını yağlayıb xəmiri oraya tökün. 25-30 dəqiqə bişirin, tavadan çıxararkən soyumasını gözləyin.

Vanilli keksi hazırlamaq üçün banan, yumurta və badam yağını mikserdə yaxşıca qarışdırın. Hindqozu südü, qabartma tozu və vanil əlavə edib qarışdırın. Soba tavasını yağlayıb qarışığı tökün. 20-30 dəqiqə bişirin. Çıxarmazdan əvvəl soyumasını gözləyin.

Çiyələk sousu üçün isə yuyub qurutduğunuz qozları, çiyələk və kərəyağını mikserdə qarışdırın. Qabarmaması üçün ehtiyatlı olun. Sirop ilə vanil əlavə edin, yumşalana qədər qarışdırın.

Şokoladlı keksin üstünə çiyələk sousundan sürtün. Vanilli keksi üzərinə qoyub çiyələk sousu çəkin. Qalan sousu tortun üzərinə və kənarına çəkin. Soyuducuda saxlayıb, sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkan, qarışdırın, çiyələk, sousu, vanil, əlavə, banan, qabartma, keksi, mikserdə, kokos, yağını, qədər, yaxşıca, tökün, Vanilli, üzərinə, çəkin, gözləyin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN