• Halley tortu resepti

Reseptin məlumatları Baxış sayı: 24 211

Tarix : 25-07-2014, 02:30

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keksi üçün:

5 yumurta
2 stəkan şəkər
2 çay stəkanı duru yağ
2 çay stəkanı süd
2 paket qabartma tozu
4 stəkan un
1 paket vanil

Ara kremi üçün:

1/2 litr süd
7 şorba qaşığı un
1 yumurta
6 şorba qaşığı şəkər
1 paket vanil
1 kiçik paket labne pendiri yoxsa (Maskarpone pendiri)

Sousu üçün:
3 stəkan süd
5 şorba qaşığı şəkər
6 şorba qaşığı kakao

Üzəri üçün:
Kifayət qədər hindistan qozu yoxsa adi qoz

Hazırlanması:
Keks üçün yumurtaları şəkər ilə yaxşıca çırpın. Duru yağ, süd və vanil də əlavə edilib çırpmağa davam edin. Un və qabartma tozu da ayrı bir qabda xarmanlanılıb qarışığa əlavə edilir və qaşıqla qarışdırılır.

Yağlı kağız sərilmiş soba nimçəsinə tökülüb əvvəlcədən qızdırılmış 175 º dərəcəlik sobada bişirilir. Sousu üçün şəkər, kakao və süd qarışdırılır. Keks soyuyunca istər su stəkanıyla yumrular kəsilər istər bıçaqla kvadratlara bölünər və hər tərəfi sousa bulanaraq soyuducuda 2 saat gözlədilər.

Krem üçün ayrı bir qazanda un, yumurta, şəkər və vanil qarışdırılır. Süd də əlavə edilib qısıq atəşdə pudinq əmələ gələnə qədər bişirilir.
Ocaqdan alınıb labne pendiri əlavə edilib və qarışdırılır.

Soyuducuda soyumuş olan kekslər bıçaqla eninə ikiyə bölünür və aralarına hazırlanan krem sürtülür.
Kekslərin hər birini hindistan cəvizinə bulaşdırıb üzəri arzu edilən şəkildə bəzənər.

Nuş olsun!
Etiketlər: şəkər, vanil, şorba, qaşığı, qarışdırılır, paket, əlavə, yumurta, pendiri, stəkan, edilib, kakao, istər, bişirilir, hindistan, qədər, Sousu, qabartma, stəkanı, labne
BİZİ İZLƏYİN