• Pavlova tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 827

Tarix : 30-10-2016, 16:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta ağı(soyuq)- 4 ədəd
üzüm sirkəsi(alma sirkəsi və ya limon suyu da olar)- 1 ç.q
şəkər tozu(narın)- 1 st
nişasta- 3 ç.q
yağlı qaymaq 38%(soyuq)- 200 q
şəkər kirşanı və vanil - 2 ç.q
kivi - 2 ədəd
çiyələk - 200 q
Zövqə görə bəzəmək olar(əsas giləmeyvə və tropik meyvələrin qarışığı olsun)

Hazırlanması:
-yumurta ağına sirkə əlavə edib,mikserlə az sürətlə çalırıq. Qalxıb,köpükləndikdən sonra şəkər tozunu əlavə edirik və 5-7 dəq. çalırıq, nişasta əlavə edirik. Beze hazırdır.
perqament kağızında diametri 20 sm olan dairə çəkirik.Kağızı tərsinə çevirib listə qoyuruq və bezeni tökürük.Dairəyə uyğun kənarlarını düzəldib,150 dərəcə qızdırılmış SOBAda 40-50 dəq bişiririk. SOBAnı söndürürük, lakin bezeni SOBA tam soyuyana qədər çıxartmırıq. Bezenı bir gün öncə bişirib, ertəsi gün bəzəmək daha rahat olar.
-meyvə və gilməyevələri yuyub,quruduruq və doğrayırıq.
Soyuq qaymağı 4-5 dəq ərzində çalırıq. 2 ç.q şəkər kirşanı vanillə əlavə edirik. Qarışdırırıqş hazır kremi bezenin üstünə çəkirik.
Meyvə və giləmeyvələrlə bəzəyirik. Tort hazırdır.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, edirik, çalırıq, hazırdır, çəkirik, sirkəsi, kirşanı, bəzəmək, bezeni, soyuq, nişasta, çıxartmırıq, dərəcə, Bezenı, düzəldib, bişirib, qədər, soyuyana, bişiririk
BİZİ İZLƏYİN