• Xəzəl tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 774

Tarix : 2-11-2016, 17:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
6 yumurta
1,5 st. şəkər tozu
2 st. un
1 ç.q.soda

krem:
800 q xama + şəkər tozu (zövqə görə)

qanaş:
120 q şokolad
50 ml yağlı qaymaq

bəzək:
şokolad (və təbii yarpaqlar)

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın. Un və soda qatın. Xəmir duru alınacaq. Yağlanmış siniyə xəmirdən qaşıqla götürüb aralı-aralı düzün.
180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.

Krem üçün xamanı təxminən 250 q şəkər tozu ilə çalın (daha şirin sevirsinizsə, şəkərin qədərini artıra bilərsiniz). Bişmiş qızılı "yarpaq"ları bu kremə batırıb yanaşı və üst-üstə təpələmə, ya da dairəvi düz formada yığın.

Qanaş: Qaymağı qızdırın. Qaynara düşmək istəyəndə götürüb içinə xırdalanmış şokoladı əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın. Tortun üzərinə çəkin.

Bəzək üçün: şokoladı su hamamında, yaxud mikrodalğalı sobada əridin. Təbii yarpaqları yuyub qurulayın. Hər birinin üzərinə ərinmiş şokolad çəkin. Qurumağını gözləyin. Sonra yarpağı şokoladdan ehmalca aralayın. Alınan şokoladlı "yarpaq"ları tortun üzərinə düzün.

Xəzəl tortu resepti - FOTO RESEPT

Xəzəl tortu resepti - FOTO RESEPT

Xəzəl tortu resepti - FOTO RESEPT

Xəzəl tortu resepti - FOTO RESEPT

Xəzəl tortu resepti - FOTO RESEPT

Xəzəl tortu resepti - FOTO RESEPT

Xəzəl tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, şokolad, sobada, aralı, götürüb, qızılı, çəkin, şokoladı, çalın, yarpaq, düzün, alınanadək, kütlə, Eynicinsli, qarışdırın, Tortun, aralayın, Alınan, əlavə
BİZİ İZLƏYİN