• Tavada kəsmikli tort resepti

Reseptin məlumatları Baxış sayı: 16194

Tarix : 6.11.2016, 22:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
340 q un
220 q kəsmik
180 q şəkər pudrası
10 q soda
2 yumurta
0,5 l süd
200 q şəkər tozu
2 q vanil
50 q qoz
60 q tünd şokolad

Hazırlanması:
Krem: 1 yumurta, şəkər tozu, 20 q un və vanili qarışdırın. Süd qatıb qarışdırın. Çalışın, lopa qalmasın. Sonra bu kütləni vam odun üzərində qarışdıraraq 5 dəqiqə bişirin. Kənara qoyun.

Kəsmiyə söndürülmüş soda qatıb qarışdırın. 1 yumurtanı şəkər pudrası ilə çalın, unun qalanını qatıb xəmir yoğurun. 8 yerə bölüb kündələyin. Hər birini nazik yayın. Çəngəllə müxtəli yerlərindən deşin.
Quru tavada hər iki üzü qızaranadək bişirin.
Korjları aralarına krem çəkməklə üst-üstə düzün. Tortun üzərinə və kənarlarına da krem çəkin. Üzərinə şokolad yonqarı və xırdalanmış qoz səpin.
Otaq temperaturunda bir neçə saat saxladıqdan sonra soyuducuya qoyun. Bir gecə qalsa, daha yaxşı olar, amma soyuducuda 4 saat saxladıqdan sonra da yumşaq olur.

Nuş olsun!

Etiketlər: şəkər, qarışdırın, qatıb, qoyun, sonra, saxladıqdan, pudrası, yumurta, bişirin, şokolad, üzərinə, kənarlarına, düzün, Tortun, Korjları, tavada, deşin, qızaranadək, çəkin, aralarına
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN