• Ferrero Roşe tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 737

Tarix : 27-11-2016, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 yumurta
200 qr şəkər
120 qr un (ələnmiş)
65 qr kraxmal
40 qr kakao
½ ç.q. darçın
1 çimdik duz
1 ç.q. qabartma tozu
80 г kofemolkada üyüdülmüş fındıq
40 г əridilmiş kərə yağı

Şirə üçün:
½ stəkan şirin soyuq kofe
6 Ferrero Roşe (yarıbölünmüş)

Krem:
150 qr 70%lik şokolad
50 qr şəkər
400 ml 33 %lik qaymaq

Hazırlanması:
1. Biskvit üçün: Yumurtayla şəkəri 5 dəq ərzində ağaranadək çalın. Bütün digər inqrediyentləri qatıb, astaca qarışdırın. Xəmiri formaya töküb, əvvəlcədən 170 C qızdırılmış sobada, diametri 26 sm formada 40-45 dəq bişirin. Formadan çıxarıb soyudun.
2. Krem üçün: 50 ml qaymağı isidin və şokoladı əlavə edib tam həll olunanadək qarışdırın. Soyudun. Qaymağın qalığını (350 ml) mikserlə qatılaşanadək çalın. Sonda şokoladlı məhlulu çalınmış qaymağa qatıb ehtiyatla qarışdırın.
3. Biskviti 3 qat kəsin. Hər qata qaşıqla kofe tökün və kremləyib Ferrero Roşeni yarı bölüb aralara düzün. Bir gecəlik soyuducuda saxlayın. Tortu zövqünüzə uyğun konfetlərlə bəzəyin.
P.S. Bu resept diametri 26 sm forma üçün verilmişdir. Bizdə şirniyyat az yeyildiyinə görə mən yarı reseptlə 18 smlik diametrli tort hazırladım. Şəkildə gördüyünüz tort yarı reseptlə bişirilən tortdur.

Nuş olsun!
Etiketlər: qarışdırın, Ferrero, şəkər, reseptlə, qatıb, diametri, çalın, qaşıqla, kəsin, tökün, Roşeni, aralara, bölüb, kremləyib, ehtiyatla, qatılaşanadək, mikserlə, qalığını, Qaymağın, Sonda
BİZİ İZLƏYİN