• Limonlu tort resepti

Reseptin məlumatları Baxış sayı: 15 135

Tarix : 26-11-2016, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
400q şəkər tozu;
400 qr yumşaq kərə yağı;
400 qr un;
4 limonun rəndələnmiş qabığı;
8 yumurta;
5 qr duz;
2 ç.q.qabartma tozu;
yaşıl qida boyası.

Krem üçün:
400 qr yumşaq kərə yağı;
250 qr şəkər kirşanı;
900 qr krem pendir (“Philadelphiya”, Almette, Hochland və s.).

Şirə üçün:
4 limonun suyu;
150 qr şəkər tozu.

Hazırlanması:
1. Yağla şəkər mikserlə çalınır.
Yumurtalar tək-tək əlavə edilir. Un, qabartma tozu ələkdən keçirilərək əlavə edilir.
2. Limonun qabığı sürtkəcdən keçirilir,duz əlavə edilib qarışdırılır.
3. Qida boyasını töküb, qarışdırıb,yağlanmış və kağızla örtülmüş diametri 17 sm-lik formaya xəmirin 1/5 hissəsi tökülür.
4. 180 dərəcəli sobada 25-30 dəqiqə ərzində bişirilir.
5. İkinci qat üçün xəmiri tökməzdən əvvəl qida boyası bir az artırılır. Hər qata daha çox boya qatılır.
6. Biskvit qatları soyuyandan sonra onlar streç-filmlə bağlanıb soyuducuda 1 günlük saxlanılır.

Krem:
1. Yağ şəkər kirşanı ilə çırpılır. Soyuq pendir az-az əlavə edilib, mikserlə çalınır.
2. Krem yaxşı çalındıqdan sonra üstü streç-filmle bağlanıb buz dolabına qoyulur. (ən azı 2-3 saatlıq)

Şirənin hazırlanması:
1. Limonların suyu sıxılır , şəkər əlavə edilib, şəkər əriyənədək qaynadılır.

Tortun yığılması
1. Birinci biskvit qabın içinə qoyulur. Biskvit fırçanın köməyilə isti limonlu şirə ilə isladılır.
2. Krem konditer torbasına yerləşdirilir, sıxılır. Hər bir qat eyni şekilde ,öncə şirə ilə sonra kremlə doldurulur. Biskvitin qıraqları şpatel yardımı ilə düzəldilir.
3. Buz dolabında 10-12saat (bir gecəlik) saxlanılır.

Tort zövqünüzə uyğun bəzədilir.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, edilib, sonra, Biskvit, mikserlə, edilir, qoyulur, sıxılır, saxlanılır, streç, çalınır, qabartma, limonun, yumşaq, bağlanıb, qabığı, pendir, kirşanı, boyası
BİZİ İZLƏYİN