• Çiyələk musslu braunili çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 12 177

Tarix : 28-11-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
«Brauni» biskviti (diametri 22 sm forma üçün)
100 qr ələnmiş ağ un
1 yumurta
140 qr şəkər tozu
35 qr kakao tozu
10 qr qabartma tozu
80 ml qatı qatıq və ya az yağlı xama
80 ml espresso (kofe)
50 ml duru yağ
½ ç.q. duz
1 x.q. vanil ekstraktı və ya vanilin

Ağ şokoladlı qanaşla çizkeyk (diametri 22 sm forma üçün)
650 qr krem pendir (idealı Filadelfiya və ya Almette, Danville)
180 qr şəkər tozu
1 yumurta
1 yumurta sarısı
20 qr qarğıdalı nişastası
1 x.q. vanil ekstraktı və ya vanilin
200 qr çiyələk

Qanaş:
50 qr ağ şokolad
25 ml yağlı qaymaq (33%lik)

Çiyələkli muss:
500 qr çiyələk
50 qr şəkər tozu
300 ml (33%lik) qaymaq
10 qr jelatin
200 qr yağlı xama
150 qr şəkər pudrası

Bəzək üçün:
300 ml (33%lik) qaymaq
1 x.q. şəkər pudrası

Məsləhət:
Tortun hazırlanmasını çalışın 2 günə salın.

Hazırlanması:
1-ci gün
Tortun hazırlanmasını çizkeykdən başlayın. Bişirin və soyuducuda saxlayın.
Biskviti də bişirib, soyudun və qida plyenkasıyla büküb soyuducuya qoyun.

2-ci gün
Mussu tam tortu yığandan qabaq hazırlayın.
Muss özünü tutduqdan sonra isə qaymağı çalıb bəzəmək olar.

«Brauni» biskviti
Un, kakao, qabartma tozu, duzu ələyin.Şəkər tozunu qatın.
Vençiklə yumurta, qatıq, kofe, yağ və vanili azca çalın.
Quru qatışığı qatıb, astaca qarışdırın.
Diametri 22 sm olan formanın qıraqlarını yağlayıb, unlayın dibinə perqament kağızı kəsib qoyun.Xəmiri formaya tökün. 170 C dərəcədə 20 dəq, sonra 180 C daha 10 dəq bişirin. Çöplə biskvitin hazır olduğunu yoxlayın və soyudun.

Ağ şokoladlı qanaşla çizkeyk

Qanaş üçün:
Qaymağı qızdırın. Ağ şokoladı əlavə edin. 3-5 dəq gözləyib, vençiklə qarışdırın.

Çizkeyk üçün:
Krem pendiri, şəkər tozunu, vanil və nişastanı tam həll olunanadək qarışdırın. Yumurtanı və sarısını əlavə edib yenidən çalın. Sonda qanaşı və çiyələyi qatıb qarışdırın. Çiyələk iridirsə 2 və ya 4 yerə bölün.
Çizkeykin xəmirini yağlanmış, unlanmış diametri 22 sm formaya tökün. Sobanın alt hissəsində listə qaynar su tökün. çizkeykin formasını yaxşıca bükün və qaynar su olan listə qoyub 160 C dərəcədə 1 saat bişirin. Soyudun.

Çiyələkli muss
1. Jelatini 2 x.q. soyuq suda həll edin, qoyun şişsin.
2. Çiyələyi blenderdən keçirib şəkər tozuyla qazanda 2 dəq qaynadın. Süzgəcdən keçirin. Jelatini qatıb vençiklə jelatin tam həll olunanadək qarışdırın.
3. Qaymağı şəkər pudrasıyla qatılaşanadək çalın. Çiyələkli qatışığa əvvəl xamanı, sonra çalınmış qaymağı qatıb qarışdırın.

Bəzək üçün:
Qaymağı şəkər pudrasıyla qatılaşanadək qarışdırın.

Tortun yığılması:
1. 22 sm diametri olan formaya öncə biskviti qoyun. Üstdən astaca çizkeyki yığın. Üstdən çiyələkli mussu tökün. Üstünü hamarlayıb soyuducuda bir gecəlik saxlayın.
2. Tortu formadan çıxarıb çalınmış qaymaqla bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, tökün, qoyun, yumurta, qatıb, diametri, sonra, Tortun, Qaymağı, qaymaq, formaya, Çiyələkli, vanil, yağlı, çalın, biskviti, hazırlanmasını, dərəcədə, Üstdən
BİZİ İZLƏYİN