• Musslu tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 095

Tarix : 29-11-2016, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Alt qat üçün:
2 yumurta
100 qr kərə yağı
200 qr şəkər tozu
200 qr un
3 x.q. kakao
1 x.q. qabartma tozu

Muss üçün:
420 ml qaymaq (yağlılığı 33% çox olan)
180 qr südlü və ya tünd şokolad
10 qr jelatin+2 x.q. su
100 -200 qr giləmeyvə

Qlazur üçün:
110 qr südlü şokolad
120 ml qaymaq (yağlılığı 33% çox olan)

Hazırlanması:
1. Biskvit üçün: yağı əridib, üzərinə şəkər tökülür. Bir az soyuduqdan sonra yumurta qatılıb çalınır. Ayrıca qabda quru ingrediyentlər qarışdırılıb, üzərinə tökülür. Astaca qarışdırılır.
2. Xəmir formaya tökülür və 160 C qızdırılmış sobada 25-30 dəq ərzində bişirilir. (xəmiri çöplə yoxlayın, çöp quru çıxdısa, deməli biskvit hazırdır) Biskvit hündür alındığı üçün 2 qat kəsilir.
3. Muss üçün: Jelatin suda həll edilir. 180 ml qaymaq şokoladla birlikdə qızdırılır və qıraqda şokolad tam olunanadək qarışdırılır. (qaynatmaq olmaz). Ayrıca qabda qaymağın qalığı bərkiyənədək çalınır. Daha sonra jelatin şokolad məhluluna qatılır və tam həll olunanadək qarışdırılır. Soyuduqdan sonra çalınmış qaymaq və giləmeyvə ilə qarışdırılır.
4. Forma hazırlanır, kənarına asetat kağızı düzülür və biskvit qatı qoyulur. Üzərinə muss tökülür və 8 saatlıq soyuducuya soyudulur.
5. Qlazur üçün: Qaymaq və şokolad qızdırılır (qaynatmaq olmaz) və qarışdırılır.Soyuyub qatılaşdıqdan sonra mussun üzərinə yayılır. Yenidən 1 saatlıq soyuducuya qoyulur.

Nuş olsun!
Etiketlər: şokolad, qarışdırılır, tökülür, qaymaq, sonra, üzərinə, Ayrıca, qabda, yumurta, olunanadək, saatlıq, soyuducuya, qoyulur, olmaz, çalınır, qaynatmaq, qızdırılır, biskvit, jelatin, Qlazur
BİZİ İZLƏYİN