• Rafaello tortu resepti

Reseptin məlumatları Baxış sayı: 7424

Tarix : 5.12.2016, 16:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
2 ç.q. qabartma tozu
6 ədəd yumurta
120 qr şəkər tozu
3 x.q. kakao
120 qr un

Biskvitin üstü üçün:
3 ədəd yumurta ağı
60 qr şəkər tozu
125 qr kokos yonqarı

Krem üçün:
3 ədəd yumurta sarısı
150 qr şəkər tozu
40 ml dəmlənmiş qəhvə
250 qr kərə yağı

Dekor üçün:
100 qr şokolad

Hazırlanması:
Kremin hazırlanması:
Yumurtanın üzərinə şəkər tozu qatılıb su buxarında 10 dəqiqə qarışdırılaraq bişirilir.
Qarışığa dəmlənmiş qəhvə tökülüb yenidən su buxarında 10 dəqiqə bişirilir. Kütlə odun üstündən götürülüb soyudulur.Yumşaldılmış kərə yağı mikserlə çalınır. Kərə yağının üzərinə yumurta-şəkər qarışığı əlavə edilərək mikserlə çırpılır.

Biskvitin hazırlanması:
Un, kakao və qabartma tozu qarışdırılır. Yumurtanın üzərinə şəkər tozu əlavə edilib mikserlə çalınır. Üzərinə unlu qarışıq əlavə edilib taxta qaşıqla qarışdırılır. Xəmir yağlı kağız salınmış formaya tökülüb, 180 dərəcəyədək qızdırılmış sobada 20 dəqiqə bişirilir.

Biskvitin üstü üçün:
Yumurta ağının üzərinə şəkər tozu əlavə edilib mikserlə çırpılır. Qarışığa kokos yonqarı əlavə olunub qarışdırılır. Kütlə biskvitin üzərinə yayılıb təkrar sobada 20 dəqiqə bişirilir. Hazır biskvit sobadan çıxarılır, soyudulub üzərinə və kənarlarına krem çəkilir. Şokolad su buxarında əridilib soyudulur. Tortun üstü əridilmiş şokoladla bəzədilib 2-3 saat soyuducuda saxlanır.

Nuş olsun!

Etiketlər: şəkər, üzərinə, əlavə, bişirilir, dəqiqə, yumurta, mikserlə, buxarında, qarışdırılır, edilib, Biskvitin, sobada, Qarışığa, çalınır, çırpılır, soyudulur, Kütlə, tökülüb, kakao, dəmlənmiş
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica