• Çiyələkli xama tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 695

Tarix : 16-12-2016, 12:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
1 stəkan şəkər tozu
3 yumurta
100q əridilmiş kərə yağı
1 stəkan şəkər pudrası
1,5 stəkan un
3 stəkan xama(yağlı)
1 paket qabartma tozu
Çiyələk istəyinizə görə

Hazırlanması:
Yumurtanın sarısını ağından ayırıb, sarısını şəkər tozu ilə çalırıq. 3 x.q. xama və əridilmiş kərə yağını əlavə edib yaxşıca qarışdırın Qabartma tozu və unu əlavə edərək, yenə qarışdırın.
Qalan yumurtanın ağını 'bulud' halına gələnə kimi mikserlə yüksək sürətdə çalın. Alınan 'bulud'ları ehtiyyatla xəmirə əlavə edib, yavaşca qarışdırın. Sobanızı 180 dərəcəyə qədər qızdırın. Xəmiri öncədən yağlanmış bişirmə formasına töküb, 40 dəqiqə ərzində bişirin. Çiyələyi yaxşıca yuyub, təmizləyin. Üzərinə 2-3 x.q. şəkər tozu əlavə edib, çiyələyin suyu çıxana qədər qırağa qoyun. 1,5-2 stəkan xama ilə şəkər pudrasını krem halına gələnə kimi çalın. Biskvit bişdikdən sonra, sobadan çıxardıb, soyumağını gözləyin. Bu zaman çiyələkləri yarı hissələrə doğrayın. Biskvit soyuyandan sonra, onu formadan çıxardıb iki hissəyə bölün(yuxarı və aşağı). Biskvitin aşağı hissəsinə çiyələk suyunu süzün. Üzərinə doğranılmış çiyələkləri düzün. Çiyələklərin üzərinə kremin yarsını tökub, biskvitin yuxarı hissəsini üstunə qoyun. Qalan kremi yuxarı hissəyə tökərək, çiyələklə bəzəyin. Tortu 1 saatlıq soyuducuya qoyun(səbriniz çatmasa, eləcə yeyin).

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, əlavə, yuxarı, qoyun, qarışdırın, Qalan, hissəyə, Biskvit, qədər, aşağı, çalın, gələnə, halına, yaxşıca, sarısını, çıxardıb, Üzərinə, sonra
BİZİ İZLƏYİN