• Çiyələkli tort resepti

Reseptin məlumatları Baxış sayı: 5555

Tarix : 21.12.2016, 22:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Biskvit üçün:
Yumurta 6 ədəd
Şəkər tozu 2 st.
Un 2 st.
Qabartma tozu 10q
Vanilin şəkəri 10q

Krem üçün:
Kərə yağı 100q
Yumurta 6 ədəd
Şəkər tozu 1,5 st.
Un 3 x.q.
Süd 2,5 st.

Hazırlanması:
1. Biskviti hazırlamağımız üçün ilk öncə yumurtaları şəkər tozu ilə birləşdirib, üzərinə vanilin şəkəri əlavə edib, 3-4 dəqiqə ərzində mikserin vasitəsi ilə çalırıq. Alınan qarışıma un və qabartma tozunu əlavə edib, yenidən 3-4 dəqiqə ərzində kütləni çalırıq.
2. Öncədən yağlanmış bişirmə formamıza hazırladığımız xəmiri boşaldırıq. Sobanı 180 dərəcəyə qədər isidib, biskvitimizi 40 dəqiqə ərzində bişiririk.
3. Hazır biskviti sobadan çıxardığımızdan sonra soyumasını gözləyirik. Bu zaman ərzində tort üçün kremimizi hazırlaya bilərik.
4. Kremi hazırlamaq üçün yumurtaları şəkər tozu ilə birləşdirib, yüksək sürətdə çalırıq. Qarışıma un və südü əlavə edib, kütləni yaxşıca qarışdırırıq.
5. Hazırladığımız qarışımı orta hərarətli odda dayanmadan qarışdıraraq, qaynamasını gözləyirik. Kütlə qatılaşana kimi qarışdırmağa davam edirik.
6. Qatılaşmış krem soyuyandan sonra, üzərinə yumşaq kərə yağını əlavə edirik. Kremi mikserin vasitəsi ilə yüksək sürətdə 4-5 dəqiqə ərzində çalırıq. Kremimiz hazırdı.
7. Soyumuş biskvitimizi 3 eyni ölçülü qatlara bölürük. Hər bir qatın üzərinə kremimizi yayırıq. Çiyələkləri nazik hissərə doğrayıb, kremli qatın üzərinə düzürük. Bu şəkildə tortumuzu "yığmağa" başlayırıq.
8. Hazır tortun üzərinə zövqünüzə görə çiyələklər ilə bəzək verə bilərsiniz.

Nuş olsun!

Etiketlər: üzərinə, ərzində, çalırıq, əlavə, dəqiqə, biskvitimizi, kütləni, Hazır, sonra, edirik, qatın, sürətdə, yüksək, gözləyirik, Kremi, vasitəsi, kremimizi, Şəkər, Yumurta, şəkər
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica