• Ballı tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 49 394

Tarix : 3-01-2017, 21:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
korjlar üçün:
şəkər tozu (məndə qəhvəyi)- 200 q
bal - 2 x. q.
su - 2 x. q.
kərə yağı - 50 q
duz - 1 çimdik
soda - 1 ç. q.
yumurta - 2 dənə
un - 350 q

krem üçün:
xama (20%+) - 800 q
şəkər pudrası və ya xırdalanmış şəkər tozu - 150-200 q (zövgə görə)

Hazırlanması:
Balaca bir qazan götürüb, içinə su tökün və qaynadın. Odu azaldıb, bu qazanın üstünə daha bir istiyə dayanıqlı qab yerləşdirin. Bu qabın içinə şəkər tozu, bal, su, kərə yağı və duz qoyub, şəkər tam əriyənədək qarışdırın. Sonra sodanı əlavə edib, bir dəqiqə ərzındə qarışdırın, və oddan kənara qoyun.

Ballı tort resepti - FOTO RESEPT


Xəmiri soyudun ki, çox isti olmasın. Yumurtaları əlavə edərək yaxşıca qarışdırın. Kütləyə tənricən ələnmiş un qatarkən, qaşıq ilə qarışdırın. Xəmiri yoğurarkən, bir az un əlavə edə bilərsiniz, lakin o, onsuz da yumşaq və yapışqan alınmalıdır.

Ballı tort resepti - FOTO RESEPT


Xəmiri yarım saata soyuducuya qoyun - bundan sonra onu yaymaq daha asan olacaq. Sonra onu bir neçə hissəyə bölün (məndə korjlar böyük dordbucaq şəklində olduğuna görə 5 hissə alındlı, lakən, siz korjları adi boşqaba əsasən kəsmək istəyirsinizsə, 6-8 dənə hissə alınmalıdır).

Ballı tort resepti - FOTO RESEPT


Çalışın ki, korjları çox incə yayasınız. Hər hissəni listin arxa tərəfində yayın, çəngəl ilə deşin və 170 dərəcədə bişirin. Bir korj bişərkən o birisini yaymağa başlayın. Hər korj bir neçə dəqiqəyə bişir, belə ki, gözünüz onda olsun. İsti korju dərhal listdən qopardıb, bir boşqaba əsasən kənarları kəsin. Bişirilşiş korjları dəsmal ilə örtün.

Ballı tort resepti - FOTO RESEPT


Krem üçün sadəcə xamanı şəkər pudrası ilə qarışdırıb soyuducuya 1 saata qoyun. Hər korjun üzərinə krem yaxarkən bir birinə yığın. Korjların ovuntularını xırdalayıb tortun üzərinə səpin.

Ballı tort resepti - FOTO RESEPT


Tortu heç olmasa bir gecəlik soyuducuya qoyun. Korjlar krem ilə hopdurulacaqlar, və tort yumşaq alınacaq :)

Ballı tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yayasınız, şəkər, qarışdırın, qoyun, soyuducuya, əlavə, korjları, Xəmiri, üzərinə, alınmalıdır, yumşaq, korjlar, Sonra, məndə, saata, pudrası, hissə, əsasən, içinə, boşqaba, bişirin
BİZİ İZLƏYİN