• Kərpic tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 045

Tarix : 9-01-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
4 yumurta
100 q kərə yağı
150 q şəkər tozu
150 q un
1 ç.q. qabartma tozu
2 x.q. kakao

krem:
200 q bişmiş qatılaşdırılmış süd
500 q 20%-li xama
2 x.q. kakao
qoz (araxis)

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalıb yağ, un, qabartma tozu və kakaonu əlavə edin. Formanı yağlayın. Xəmiri içinə töküb 160 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Bişmiş korju soyudub 3 bərabər hissəyə bölün. Birini əsas üçün saxlayın. Qalan ikisini xırda kərpiclər şəklində doğrayın.

Krem üçün bişmiş qatılaşdırılmış südü qaymaq və kakao ilə birlikdə çalın. Doğradığınız korjları kremlə və qozla qarışdırın. Əsas korjun üzərinə təpələmə yığın. Üzərinə qoz səpin.

Tortu bir gecə soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: kakao, qatılaşdırılmış, saxlayın, bişmiş, qabartma, şəkər, qaymaq, Doğradığınız, çalın, doğrayın, birlikdə, xırda, Qalan, ikisini, korjları, kərpiclər, şəklində, korjun, Üzərinə, səpin
BİZİ İZLƏYİN