• Cənub gecəsi tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 40 149

Tarix : 9-08-2014, 23:22

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
70 q kakao
300 q blinçik üçün un
12 q soda
10 q qabartma tozu
2 yumurta
200 q vanilli şəkər tozu
250 q kərə yağı
15 ml sirkə
200 ml süd
100 ml qatılaşdırılmış süd

Hazırlanması:
Bir qabda un, kakao, qabartma tozu və sodanı qarışdırın.

Digər qabda yumşaldılmış yağı şəkər tozuyla çalın, sonra bir-bir yumurtaları əlavə edərək çalın.

1 st. südə 1 x.q. sirkə qarışdırın.

Hər üç qabdakını bir yerdə qarışdırın: un, çalınmış yumurtalar və sirkəli süd.

Alınan şokoladlı xəmiri içinə perqament döşənmiş və qırağı yağlanmış kənarları açılan formaya tökün.

200 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Krem: yarım paçka kərə yağı ilə yarım banka qatılaşdırılmış südü çalın.

Biskviti iki yerə bölüb arasına və üstünə krem çəkin.

Nuş olsun!

Cənub gecəsi tortu resepti - FOTO RESEPT

Etiketlər: qarışdırın, çalın, qabda, yarım, kakao, qatılaşdırılmış, sirkə, qabartma, şəkər, təxminən, sobaada, bişirin, dəqiqə, qızdırılmış, formaya, kənarları, Bişib, tökün, dərəcə
BİZİ İZLƏYİN