• Qırmızı məxmər tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 623

Tarix : 14-01-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə Zeynalova


Tərkibi:
2 paket qırmızı rəng
1 ç q kakao
y st su,
1st süd,
150 q yağ,
2 yumurta,
1,5 st un(yarimdan biraz artiq olsun)
1 paket qabardıcı toz,
2 paket vanel vəya 1 ç q vanel esansı,
ç.q ucunda soda
1 x q sirkə
1 st şəkər,
çimdik duz.

Krem:
qatılaşdırlmış süd,
230 q yağ
50 g labne pendiri

Ara qanaj:
100 g qara şokolad
100 g qaymaq

Hazırlanması:
Yağ və şəkər yaxşıca qarışdırılır,sonra yumurtalar bir-bir əlavə olunur,yaxşıca qarışdırılır biraz köpməlidir.Sonra suya rəng qarışdırılır,yumurta qarışığına əlavə edilir.Süd ilıdılır və duz,kabarta,vanel südə əlavə olunur və unla birlikdə qarışığa əlavə olunur,mixerlə qarışdırılır ən axıra qədər.Yaxşı olar ki,unu tam 2 stakandan biraz aşagı edəsiniz.Sonda isə soda sirkədə köpürdülür və buda mixerlə xəmirə əlavə edilir.Bu üsulla 2 xəmir bişirilir.
Krem: yağ və qatılaşdırılmış süd mikserlə qarışdırlır,hazir olanda labne pendiri əlavə edilir .Qanaj üçün qaymağı isidin qaynatmadan ,sonra şokoladı içərisində əridin və kremden sonra arasına qanaj əlavə edin.Dekor üçün :Güllər,meyvələr və giləmeyvələr.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırılır, olunur, vanel, biraz, edilir, paket, pendiri, şəkər, labne, mixerlə, sonra, yumurta, yaxşıca, qanaj, hazir, mikserlə, qarışdırlır, bişirilir, sirkədə
BİZİ İZLƏYİN