• Bananlı,çiyələkli Panço tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 986

Tarix : 14-01-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə Zeynalova


Tərkibi:
Keks üçün:
5 yumurta
1 stəkan şəkər
2 x q su
2 paket vəya 3-4 damcı vanel esansı
1 stəkan keyfiyyətli un
1 x.q kakao

Krem üçün:
1 ədəd smetan 350 ml (25%)
1 paket çiyələkli vəya meşə meyvəli krem şanti
1st süd
1 banka squşenka

İçlik üçün:
2 ədəd banan
yarım st qoz ləpəsi

Dekor üçün:
Qanaj
bize
istənilən gilə meyvə
rozmarin

Hazırlanması:
Əvvəlki reseptlərdə göstərdiyim kimi keks hazırlayın.Dörtkünc şəkildə doğrayın.Krem şantini südlə qarışdırın,əlbəttə mikserlə qarışdırın bərk məhlul alınana qədər sonra soyuducuya qoyun.Smetan və squşenkanı 1 dq mikserlə qarışdırın və şantini taxta qaşıq vəya spatula ilə hissə-hissə bu qarışıma əlavə edin və kreminiz hazırdır.Sonra forma verəcəyiniz qaba falqa serin və keks dilimlərini kremə batırıb yan- yana düzün.Bir qat tamamlananda banan və qoz səpin.Bu qayda ilə sona qədər davam edin və əvvəlcədən keksdən nazik altlıq kəsib saxlayın,onu qoyub falqanı bağlayın və bir gecə soyuducuda saxlayın.Dekor edin.

Nuş olsun!
Etiketlər: qarışdırın, mikserlə, Dekor, hissə, stəkan, şantini, banan, saxlayın, qədər, paket, hazırdır, falqa, Sonra, forma, verəcəyiniz, serin, taxta, squşenkanı, qaşıq, spatula
BİZİ İZLƏYİN