• Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 4778

Tarix : 8.09.2017, 18:00

Bölmə : Tort reseptləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q şəkərli peçenye
70 q şəkər tozu
4 kivi
2 banan
500 ml yoqurt
70 q şəkər tozu
1 x.q. limon şirəsi
4 ç.q. jelatin
0.5 st. qaynar su

bəzək:
2 kivi
40 q badam yonqarı

Hazırlanması:
Peçenyeni ovuntuq halına gələnədək xırdalayın. Yumşaldılmış yağ qatıb qarışdırın.
Kənarı açılan formanın içinə perqament döşəyib peçenye "xəmir"ini içinə tökün. Əlinizlə, yaxud qaşıqla hamarlayın. Soyuducuda ən azı yarım saat saxlayın.

Jelatinin üzərinə 0,5 st. su töküb 25-30 dəqiqə saxlayın.

Kivini təmizləyib kubik doğrayın, şəkər tozu və limon şirəsi ilə qarışdırın. Orta itilikli ocağın üzərində 2-3 dəqiqə qızdırın, kivi şirəsini buraxacaq, ocaqdan götürüb soyudun.

Alınan kütləyə jelatinlə yoqurtu əlavə edin. Yaxşıca qarışdırın.

Soyuducudakı korju çıxarıb 1-2 doğranmış bananı üzərinə düzün. Yoqurtlu qarışığı əlavə edib hamarlayın. Dondurucuda ən az 6 saat və ya bir gecə saxlayın.

Hazır tortu soyuducudan çıxarıb peqramenti ayırın. Üzərini kivi dilimləri və azca qovrulmuş badam yonqarı ilə bəzəyin.

Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT

Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT

Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT

Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT

Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT

Kivi və banan ilə az kalorili tort resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: saxlayın, qarışdırın, şəkər, yonqarı, üzərinə, içinə, əlavə, çıxarıb, badam, hamarlayın, dəqiqə, şirəsi, limon, peçenye, jelatinlə, qızdırın, üzərində, yoqurtu, kütləyə, götürüb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica