• Quş südü tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 608

Tarix : 12-02-2017, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
140 qram un
350 qram kərə yağı
400 qram şəkər
2 yumurta
75 qram şokolad
100 qram bişmiş süd
60 qram yumurta ağı
½ çay q. limon duzu
1 paket vanil
4 qram aqar-aqar jelatin əvəzedici

Hazırlanması:
Aqar-aqarı 140 qram suda 2-3 saat isladın.
100 qram kərə yağını 100 qram şəkər ilə çalın, 2 yumurta, yarım paket vanil və unu əlavə edin və qarışdırın.
Xəmiri iki hissəyə bölün.
Yumru formada olan soba qabına yağlı kağız qoyun.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada növbə ilə 10 dəqiqə bişirin.
200 qram kərə yağı və bişmiş südü, qalan vanillə çalın.
Aqar-aqarı odda qaynayana qədər qarışdırın, oddan götürməmək şərti ilə üzərinə 300 qram şəkər əlavə edin və qaynayana qədər qarışdırın.
Sipop bal halında olmalıdır.
Kənara qoyub soyumasını gözləyin.
Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, limon duzu əlavə edib bərkiyənə qədər çalmağa davam edin.
Üzərinə isti siropu əlavə edin.
Və bərkiyənə qədər mikserlə çalın.
Mikserin sürətini azaldın və südlü-yağlı vanilli qarışığı əlavə edin.
Bir kütlə alınanda sufleniz hazırdır.
Tort hazırlayacağınız qaba korjun birini qoyun, üstünə suflenin yarısını tökün, 2-ci korju qoyun və qalan sufleni üstünə tökün.
Soyuducuda 3-4 saat saxlayın ki, sufle bərkisin.
Şokoladı 50 qram yağ ilə odda əridin və şokoladlı qlazuru tortun üstünə tökün və 30 dəqiqə soyucuda saxlayın.
Qus südü tortu servisə hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, çalın, şəkər, üstünə, qarışdırın, yumurta, bərkiyənə, tökün, qoyun, qaynayana, hazırdır, yağlı, saxlayın, dəqiqə, vanil, paket, limon, mikserlə, aqarı
BİZİ İZLƏYİN