• Qara gavalılı, əncirli beze tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 595

Tarix : 12-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı şəkər
1 paket vanil
1 çimdik duz
1 çay q. duru yağ
200 qram kərə yağı
1 banka bişmiş süd
70 qram qara gavalı
70 qram quru əncir
2 xörək q. doğranmış fındıq
50 qram şokolad
4 yumurta

Hazırlanması:
Beze hazırlamaq üçün yumurta otaq temperaturunda olmalıdır.
Yumurtanın ağını sarısəından ayırın.
Sarıları bizə laım olmayacaq.
Mikserlə yavaş sürətlə yumurta ağlarını çalın.
Ağ köpük formaya düşəndə bir çimdik duz, şəkər tozu və vanil qatın və çalmağa davam edin.
Şəkər həll olduqda çalmağı saxlayın.
Alınmış bize xəmirini iki hissəyə bölün.
Dairə formasında olan soba qabına yağlı kağız qoyun və bize korjlarını əvvəlcədən isidilmiş 100-110 dərəcəli sobada 40 dəqiqədən 1 saat 10 dəqiqəyə qədər növbə ilə bişirin.
Bişmə vaxtı sobadan və korjun qalınlığından asılıdır.
Qara gavalı və əncir qurusunu yuyun və qaynar su töküb 1q-1,5 saat saxlayın.
Sonra suyunu süzün və blendrdə xırdalayın.
Kremi hazırlayın.
Kərə yağı və bişmiş südü mikserlə çalın.
Üzərinə xırdalanmış quru meyvəni əlavə edin.
Bezeli korjlara krem çəkin və üst-üstə qoyun.
Kənarlarını da kremləyin.
Üstünü şokolad ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bledrdə, yumurta, gavalı, əncir, şokolad, bişmiş, saxlayın, çalın, şəkər, qoyun, vanil, çimdik, qalınlığından, korjun, asılıdır, qurusunu, yuyun, sobadan, töküb, qaynar, qədər
BİZİ İZLƏYİN