• Meyvəli tort-jele resepti

Reseptin məlumatları Baxış sayı: 14 589

Tarix : 12-02-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq təzə meyvə
30 qram jelatin
2 dənə meyvə jelesi
Şəkər zövqə görə
¼ çay q. qida boyayıcı

Hazırlanması:
Jelatin və meyvə jelesini üzərində yazıldığı qədər su ilə isladın və şişməyini gözləyin.
Qazana 2 litr su tökün, üstünə şişmiş jelatin və jeleni, şəkər zövqə görə, qida boyayıcı əlavə edin və qaynayana qədər gözləyin.
Qaynamamalıdır.
Otaq temperaturunda soyudun.
Meyvələri yuyun, qurudun, və dilim formasında doğrayın.
Tort-jele hazırlayacağınız qaba yanları hndür olmaq şərti ilə bir qat 1 neçə qaşıq jele tökün. (təxminən 1 sm qalınlığında)
10 dəqiqə buz dolabında saxlayın.
Donmuş jelenin üstnə meyvələrdə 1 qat düzün.
Yenə üstünə jelü tökün və buz dolabına qoyun.
Bu prosesi bütün meyvələrin üstü jele ilə tutulanadək davam edin.
1 neçə saat soyuducuda saxlayın.
Servis etməzdən əvvəl qabı qaynar suya salıb çıxardın və tez nimçəyə əyib boşaldın.

Nuş olsun!
Etiketlər: meyvə, tökün, saxlayın, gözləyin, üstünə, qədər, jelatin, zövqə, boyayıcı, meyvələrdə, düzün, dolabına, təxminən, qoyun, qalınlığında, prosesi, dolabında, Donmuş, jelenin, dəqiqə
BİZİ İZLƏYİN