• Köhnə reseptlə Praqa totu resepti

Reseptin məlumatları Baxış sayı: 11004

Tarix : 13.02.2017, 17:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1,5 su stəkanı un
2 su stəkanı şəkər
6 xörək q. 20%-li xama
6 xörək q. bişmiş süd
1 paket qabartma tozu
7 xörək q. kakao
300 qram kərə yağı
0,6 litr süd
4 xörək q. mannı yarması
1 paket vanil
25 dənə qoz ləpəsi
2 yumurta

Hazırlanması:
Yumurta və 1 su stəkanı şəkəri mikserlə çalın.
Üzərinə bişmiş süd, 4 xörək q. kakao və qabartma tozu ilə qarışdırılmış unu əavə edin.
Alınmış kütləni 2 hissəyə bölün.
Soba qabına (yumru formada) yağlı kağız qoyun.
Əvvəlcədən isidilmiş 130-140 dərəcəli sopbada 30-40 dəqiqə bişirin.
Diş çöpü ilə xəmirin bişib-bişmədiyini yoxlayın.
Kremi hazırlayın.
3-4 xörək q. mannı yarması, 05, litr süd və yarım stəkan şəkər ilə birlikdə odda sıyıq böşirin. Sıyıq qatı olmalıdır.
Soyuducuya qoyub soyumasını gözləyin.
200 qram kərə yağını vanillə çalın, üzərinə sıyığı hissə-hissə töküb çalmağa davam edin.
Kreminiz hazırdır.
Korjları 2 hissəyə bölün və hər korja krem çəkin və kremin üstünə doğranmış qoz ləpəsi səpin.
Üst qata krem çəkməyin.
Qlazur hazırlamaq üçün bir qabda 100 qram kərə yağına 8 xörək q. şəkər, 2 xörək q. süd və 2 xörək q. kakao ilə qarışdırın və 5 dəqiqə odda bişirin.
Isti halda tortun üstünə tökün.

Nuş olsun!
Etiketlər: xörək, kakao, stəkanı, şəkər, bişirin, dəqiqə, bölün, çalın, ləpəsi, üstünə, yarması, paket, bişmiş, qabartma, mannı, hissə, hissəyə, davam, çalmağa, töküb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN