• Yoqurtlu tort resepti

Reseptin məlumatları Baxış sayı: 12 758

Tarix : 17-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram un
2 yumurta sarısı
100 qram şəkər
35 qram limon şirəsi
50 qram ərik qurusu
10 qram jelatin
420 qram yoqurt
50 qram ərik mürəbbəsi

Hazırlanması:
Bir qab götürüb unu, yumurta sarısını, kərə yağı, şəkər və limon şirəsini qarışdırın.
Elastik xəmir alınmalıdır.
Ərik qurusunu xırda doğrayın və xəmirə qatın.
Xəmiri soba qabına elə tökün ki, dörd tərəfi 3 sm ölçüdə qabın kənarlarına çıxsın.
Əvvəlcədən 200 dərəcə qızdırlmış sobada 20 dəqiqə bişirin.
Hazır olduqda soyumaq üçün kənara qoyun.
Jelatini 100 qram suya əlavə edin və şişməyini gösləyin.
Sonra odda əriyənəcən isidin.
Qaynatmamaq şərti ilə.
Soyumasını gözləyin.
Yoqurtu bişmiş jelatin və mürəbbə ilə qarışdırın və xəmirin üstünə tökün.
1 neçə saat soyuducuda saxlayın.
Tortunuz servisə hazırdır.

Nuş olsun!
Etiketlər: tökün, qarışdırın, jelatin, yumurta, limon, şəkər, şişməyini, əriyənəcən, gösləyin, əlavə, Sonra, kənara, olduqda, Hazır, soyumaq, isidin, qoyun, Jelatini, Soyumasını, soyuducuda
BİZİ İZLƏYİN