• Tısbağa tortu resepti

Reseptin məlumatları Baxış sayı: 18 472

Tarix : 18-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
2,5 su stəkanı şəkər
2 su stəkanı un
2 su stəkanı xama
4 xörək q. kakao tozu
100 qram kərə yağı

Hazırlanması:
Yumurta və stəkan yarım şəkəri mikserlə çalın.
Üzərinə 2 xörək q. kakao və un əlavə edin və yaxşı qarışdırın.
Soba qabına yağlı kağız qoyun.
Xəmirdən yarım çay qaşığı götürüb balaca yastı kündələr formasında qaba yığın.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada bişirin.
Kremi hazırlamaq üçün qalan şəkəri xama, kərə yağı və 2 xörək q. kakao ilə çalın.
Yastı kündələriniz hazır olduqda onalrı kremdə hər tərəfini fırladıb dağ formasında bir-birinin üstünə düzün.
1 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: kakao, stəkanı, xörək, çalın, şəkəri, yarım, formasında, qalan, Yastı, hazırlamaq, kündələriniz, dərəcəli, hazır, bişirin, sobada, Kremi, tərəfini, üstünə, düzün, soyuducuda
BİZİ İZLƏYİN