• Albalılı – şokoladlı muss tortu resepti

Reseptin məlumatları Baxış sayı: 4393

Tarix : 21.02.2017, 17:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
70 qram kərə yağı
3 xörək q. 10-20%-li qaymaq
240 qram şokoladlı peçenye

Albalılı muss:
50 qram mannı yarması
5 xörək q. qəhvəyi şəkər
450 qram su
200 qram dondurulmuş albalı
10 qram jelatin

Şokoladlı muss:
500 qram 33-35%-li qaymaq
100 qram südlü şokolad
50 qram 70%-li tünd şokolad
100 qram şəkər tozu
50 qram şokoladlı liker
17 qram jelatin
100 qram su

Qlazur üçün:
3 xörək q. 10-20%-li qaymaq
5 xörək q. şəkər
3 xörək q. kakao
40 qram kərə yağı

Hazırlanması:
Bir qab götürün 300 qram su tökün və albalıları əlavə edib odda qaynayana qədər gözləyin.
Alınmış məhlulu süzgəcdən keçirin.
Alınmış albalı şirəsinə şəkər əlavə edin və yenə odda qaynayana qədər gözləyin.
Sonra mannı yarmasını 100 qram su ilə qarışdıraraq şirəyə əlavə edin və aşağı odda 15 dəqiqə bişirin.
Soyuduqdan sonra onu blendrlə 10 dəqiqə çalın.
O şişib 2 qat çoxalacaq.
Əvvəlcədən 50 qram suda isladılmış jelatini su vannasında əriyənə qədər odda saxlayın və albalılı mussun üzərinə əlavə edin.
Qida kağızı ilə örtülmüş bir qaba tökün.
Sonra buz dolabında 40 dəqiqə saxlayın.
Şokoladlı peçenyeni stəkanın arxası ilə bir qabda yaxşı əzin.
Üzərinə kərə yağı, qaymaq əlavə edin və bütöv bir kütlə alınana qədər qarışdırın.
20 sm diametrli yanları hündür olan bir qab götürüb peçenyeli şokoladlı kütləni qaba yaxşı hamarlayaraq yayın və soyuducuya qoyun.
Şokoladlı muss hazırlamaq üçün qaymağ və şəkəri mikserlə çalın.
Üzərinə likor, su vannasında əridilmiş şokoladı əlavə edin.
Əvvəlcədən isladılmış jelatini odda həll olana qədər qarışdırın.
Soyuduqdan sonra şokoladlı mussa əlavə edin.
Peçenyeli şokoladlı kütlənin ortasına albalılı mussu üstünə və kənarlarına şokoladlı mussu töküb hamarlayın.
30-40 dəqiqə soyuducuda saxlayın.
Qlazuru hazırlamaq üçün kakao, şəkər və qaymağı odda qaynayana qədər qarışdırın.

Nuş olsun!

Etiketlər: əlavə, şokoladlı, qədər, şəkər, xörək, qaymaq, dəqiqə, Şokoladlı, saxlayın, qaynayana, qarışdırın, sonra, Soyuduqdan, Alınmış, hazırlamaq, jelatini, albalılı, yaxşı, Üzərinə, vannasında
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica