• Qozlu, darçınlı, köklü tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 222

Tarix : 23-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
1,25 su stəkanı duru yağ
2 su stəkanı şəkər
2 su stəkanı un
2 çay q. qabartma tozu
2 çay q. çay sodası
1 çimdik duz
2 çay q. üyüdülmüş darçın
4 kök
1 su stəkanı qoz
100 qram kərə yağı
230 qram kəsmikli pendir
1 paket vanil
4 su stəkanı şəkər tozu

Hazırlanması:
Sobanı 170 dərəcə qızdırın.
Soba qabına yağlı kağız qoyun.
Kökü sürtgəcdən keçirin, 3 stəkan alınmalıdır.
Yumurtanı, duru yağı şəkər və vanili qarışdırın.
Sonra unu, qabartmanı, darçını əlavə edin.
Sonda doğranmış qoz və kökü əlavə edin.
Sobada 40-50 dəqiqə bişirin.
Soyuduqdan sonra qabdan çıxardın.
Kremi hazırlamaq üçün kərə yağı, kəsmikli pendir şəkər tozu və vanili qarışdırın.
Bişmiş köklü xəmiri kremləyin və üzərinə bəzək üçün qoz səpin.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, kəsmikli, pendir, əlavə, vanili, qarışdırın, dəqiqə, Soyuduqdan, Sobada, bişirin, Sonda, darçını, sonra, doğranmış, Kremi, kremləyin, üzərinə, bəzək, səpin
BİZİ İZLƏYİN