• Qara meşə tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 670

Tarix : 23-02-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
70 qram un
500 qram 35%-li qaymaq
250 qram albalı
200 qram su
350 qram şəkər
1 çay q. nişasta
1 çay q. çay soda
200 qram şəkər tozu
1 çimdik duz
30 qram kakao tozu

Hazırlanması:
Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırın.
Sarısını 200 qram şəkər ilə mikserlə çalın.
Ağını ayrı qabda bərkiyənə qədər çalın və yumurtanın sarısına taxta qaşıq ilə qarışdıra-qarışdıra əlavə edin.
Kakaonu, duzu, sodanı una qatıb yumurtalı kütləyə yavaş yavaş əlavə edin.
Alınmış xəmiri 3 hissəyə bölün.
Soba qabına yağlı kağız qoyun.
Xəmiri yayıb əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-40 dəqiqə bişirin.
Albalını yuyub tumlarını təmizləyin.
Bir az bəzək üçün götürün.
Qalanının üzərinə 50 qram şəkər səpik ki, öz şirəsini buraxsın.
Korjları islatmaq üçün sirop hazırlayın.
100 qram suyu odda qaynadın.
Albalıları əlavə edib qaynamasını gözləyin.
Qaynayanda nişasta əlavə edin.
Bir neçə dəqiqə qaynadıqdan sonra maye bərkiyəcək.
Oddan götürüb üstünü qida kağızı ilə yaxşı örtün.
Qaymağı mikserlə çalın.
Şirin krem sevənlər qaymağa 200 qram şəkər tozu qata bilərlər.
Birinci korjun üzərinə qaymaq sonra vişnəli məhlulu çəkin.
2-ci korju da bu qayda ilə təkrarlayın.
3-cünün üstünə qaymaq töküb tortun kənarlarını da qaymaqla bağlayın.
Üstünə sürtgəcdən keçirilmiş şokolad və albalı düzə bilərsiniz.
Sonra 2 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qaymaq, çalın, mikserlə, sonra, dəqiqə, qarışdıra, yumurtanın, yavaş, üzərinə, nişasta, albalı, sevənlər, qaymağa, üstünü, Şirin, Qaymağı, örtün, yaxşı
BİZİ İZLƏYİN