• Tez hazırlanan tort resepti

Reseptin məlumatları Baxış sayı: 31 197

Tarix : 24-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 su stəkanı un
1 banka qatılaşdırılmış süd
1 yumurta
0,5 paket qabartma tozu

Krem üçün:
750 qram süd
1,5 su stəkanı şəkər
2 yumurta
3 xörək q. un
200 qram kərə yağı
1 paket vanil

Hazırlanması:
Qatılaşdırılmış süd, yumurta və qabartma tozu ilə unu qarışdırıb xəmir edin.
8 hissəyə bölün.
Bir tava götürün.
Xəmirləri yayıb tavada odda bişirin.
Bir üzü bişdikdə fırladıb ikinci üzünü də bişirin.
8 kündəni yayıb bişirdikdən sonra soyumağa qoyun.
Sonra kənarlarını səliqə ilə kəsin.
Kremi hazırlamaq üçün süd, şəkər yumurta un və vanili bir qabda qarışdırıb odda bərkiyənə qədər bişirin.
Soyuduqda kərə yağını əlavə edin.
Hazırladığınız korjlara krem çəkib üst-üstə yığın və üzərinə ovuntunu səpin.
3 saat ev temperaturunda saxladıqdan sonra 4 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: yumurta, bişirin, qarışdırıb, yayıb, stəkanı, şəkər, sonra, qabartma, paket, Soyuduqda, yağını, əlavə, qədər, qabda, Kremi, hazırlamaq, vanili, Hazırladığınız, bərkiyənə, çəkib
BİZİ İZLƏYİN