• Tez hazırlanan Afrika yuxusu resepti

Reseptin məlumatları Baxış sayı: 12 939

Tarix : 24-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 paket sadə krem şanti
1, 5 su stəkanı süd
1 böyük nar
2 alma
2 paket peçenye

Üzəri üçün:
şokolad sous və lazımi süd
kokos

Hazırlanması:
Əvvəlcə şokolad sousu paketdə yazan reseptə görə hazırlayırıq və soyuması üçün kənara qoyuruq.
Aradabir qarıştıraq ki üzəri bərkiməsin.
Geniş bir qaba krem şantini tökürük və soyuq südü əlavə edib, əvvəlcə az, sonra yüksək sürətlə mikserlə qarışdırırıq.
(Krem şantinin südünü, paketdə yazan miqdarın 1. 5 dəfəsini qoyuruq.
Peçenyeləri krem şantinin içinə əlimizlə parçalayaraq atırıq.
1 narın dənələrini də əlavə edirik.
Daha sonra almaları kvadrat doğrayıb əlavə edirik və hamısını qaşıq ilə qarışdırırıq.
Boşqaba boşaldırıq, düzləşdiririk.
Üzərinə şokolad sousu töküb kokos səpirik.
1-2 saat soyuducuda dinləndirib servis edə bilərsiz.

Nuş olsun!
Etiketlər: əlavə, şokolad, edirik, yazan, paketdə, sonra, şantinin, qarışdırırıq, paket, sousu, qoyuruq, kokos, soyuducuda, parçalayaraq, atırıq, dinləndirib, səpirik, içinə, Peçenyeləri, bilərsiz
BİZİ İZLƏYİN