• Snikers tortu resepti

Reseptin məlumatları Baxış sayı: 50 965

Tarix : 25-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Korjlar üçün:
Yumurta 14 ədəd
Un 2,5 Stəkan
Şəkər tozu 2,5 Stəkan
Vanil 2 bağlama
Qabartma tozu 2 bağlama

Beze üçün:
Yumurtanın ağı 5 ədəd
Şəkər tozu 1 Stəkan
Limon şirəsi 1/2 ç.q

Krem üçün:
Qatlaşdırılmış süd 600 ml Bişirilmiş
Kərə yağı 300 q

Bəzək üçün:
Araxis 700 q

Hazırlanması:
1. Snikers tortu bezə və korjların sayına görə hündür alınır. 2 korj hazırlanır və sonradan iki yerə bölünür - ümumilikdə 4 korj alınır. Bir korjun hazırlanması üçün 7 yumurtanı ağarana kimi şəkər tozu ilə çalmaq lazımdır. Vanil, qabartma tozu və un əlavə edib daha kiçik sürətdə məhlul tam həll olunana kimi çalmağa davam edin. Xəmiri yağlanılmış 32 sm diametri olan tavaya töküb 20 dəq. ərzində 180 dərəcədə qızılı rəngədək bişirin. İkinci korju da eyni texnologiyaya görə hazırlayın. Korjları soyudun və enli bıcaq vasitəsi ilə iki yerə bölün.

2. Beze üçün 5 yumurtanın ağını sarısından ayırın. Ağlara limon şirəsi qatıb mikserlə yüksək sürətdə bərk köpük halınadək çalın. Şəkər tozunu mərhələli şəkildə bezəyə əlavə edib tam həll olunana kimi çalın. Bezəni elə çalmalısınız ki qabı əyəndə bezə axmasın. Hazır bezeni dibi yağlanmış kalka kağızı ilə örtülən 32 sm diametri olan tavaya töküb 1,5 -2 saat ərzində sobada 150 dərəcədə qurutmaq lazımdır.

Hazır bezeni tavadan çıxarın və tam soyudun.

3. Yer fındığının qabığını soymaq üçün onu iri tavada qızardın. Yer fındığı qəhvəyi rəngində olmalıdır. Qovurumuş yer fındığını hissə-hissə çay dəsmalının üzərinə tökün, dəsmalı torba kimi bağlayıb silkələyin və qabığını çıxarın.

4. Krem üçün yumşalmış kərə yağını mikser ilə çalın, çalmağa davam edərək hissə-hissə qatlaşdırılmış südü əlavə edin. Krem korjların üzərinə yaxşı çəkilsin deyə onu 10-15 dəqiqəlik soyuducuya qoyun.

5. Tortu yığın. 1-ci korjun üzərinə krem çəkin, azacıq qovrulmuş araxis tökün və 2-ci korjla örtün. Bezeni yerləşdirin və 3-cü korjla örtün. 3-cü və 4-cü korjun arasına da krem vurun. Korjların arasına zövqə görə araxis səpin. Tortun üzərini və yanlarını kremlə örtün və araxislə bəzəyin. Tort süfrəyə verilməmişdən əvvəl 3-4 saat sərin yerdə saxlanmalıdır.

Nuş olsun!
Etiketlər: hissə, üzərinə, örtün, əlavə, çalın, korjun, Stəkan, Şəkər, olunana, çalmağa, araxis, sürətdə, lazımdır, davam, korjla, dərəcədə, Hazır, bezeni, çıxarın, qabığını
BİZİ İZLƏYİN