• Çobanyastığı dəstəsi tortu resepti

Reseptin məlumatları Baxış sayı: 21 202

Tarix : 27-09-2014, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

5 yumurta
1 st. şəkər tozu
1 ç.q. soda
1-1,5 st. un
100 q kakao tozu
1 st. qatıq

Krem üçün:
500 q xama
1 st. şəkər tozu
3 paket jelatin
2 banan
portağal
kivi

Hazırlanması:
Biskvit: 5 yumurtanı 1 st. şəkər tozu ilə qarışdırın (çalmaq gərək deyil). 1 ç.q. soda əlavə edin (sirkə ilə söndürməyin). 1 stəkan un və 100 q kakao tozu əlavə edib qarışdırın. Stəkandan bir qədər az qatıq və bir qədər də un əlavə edin, qarışdırın, qatılığı qatı xama kimi olmalıdır.

Xəmiri iki yerə bölün. Formaya töküb növbə ilə bişirin.
Korjları soyudun. Soyuyandan sonra hərəsini iki yerə bölün.

İki korju saxlayın. İki korju isə xırdalayın.

Krem: 500 q xamanı 1 st. şəkər tozu ilə çalın. 3 paket jelatini qaynar suda həll edin, sonra çalınmış xamaya əlavə edin.

Banan, portağal və kivini doğrayın (başqa yumşaq meyvə də götürə bilərsiniz).

Doğranmış meyvə, xamalı krem, xırdaladığınız korjları qarışdırın.

Korju bişirdiyiniz formanın dibinə korjlardan birini qoyun (bu, tortun dibi olacaq). Sonra meyvəli-kremli-biskvitli qarışığı qoyun. Digər salamat korju üstünə örtün. 1 saat soyuducuda saxlayın.

Üzərini isə marşmellou ilə bəzəyin. Marşmelloudan şəkərli xəmirin hazırlanma qaydasına burada, daha sadə şəkərli xəmirin reseptinə isə burada baxıb aşağıdakı videoları izləməklə çobanyastıqlarını düzəldə bilərsiniz.
Çobanyastığı dəstəsi tortu resepti

Çobanyastığı dəstəsi tortu resepti

Çobanyastığı dəstəsi tortu resepti

Çobanyastığı dəstəsi tortu resepti


Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, şəkər, korju, xəmirin, bilərsiniz, burada, şəkərli, qədər, saxlayın, meyvə, sonra, qoyun, bölün, qatıq, portağal, paket, kakao, olacaq, tortun
BİZİ İZLƏYİN