• Tiramisu resepti

Reseptin məlumatları Baxış sayı: 18 663

Tarix : 26-03-2015, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
2 şorba qaşığı neskafe
2 şorba qaşığı toz şəkər
1 hazır kakaolu tort keksi
1 çay fincanı isti su

Krem:
Yarım litr süd
1 ədəd yumurta
3 qəhvə fincanı toz şəkər
3 qəhvə fincanı un
1 paket labne pendiri

Hazırlanması:
Nescafe və şəkəri bir fincan içində isti su ilə qarışdırın. Hazır keksi eninə iki parçaya ayırın. keksin iki parçasını da hazırladığınız nescafeli qarışıqla isladın.
Un, şəkər, süd və yumurtanı qarışdırın. Qatılaşıncaya qədər qarışdıraraq bişirin. Ocağı bağladıqdan sonra labne pendirindən əlavə edin və çırparaq topaqlanmamasını təmin edin.
Hazırladığınız kremin yarısını soyuqkən, keks parçalarından birinin üzərinə sürün. Keksin digər yarısını üzərinə bağlayın. Qalan kremi çəkin. Qəhvə ilə üzərini örtdükdən sonra sonra soyuması üçün gözləyin.

Nuş olsun!
Etiketlər: fincanı, sonra, şəkər, üzərinə, labne, yarısını, qarışdırın, şorba, qəhvə, keksi, qaşığı, pendirindən, soyuqkən, parçalarından, əlavə, Hazırladığınız, birinin, topaqlanmamasını, təmin, çırparaq
BİZİ İZLƏYİN